Mojo.az Banner
20:51 Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     20:46 Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb  |     20:40 Məxfurə Hüseynovanın meyiti tapıldı  |     20:32 Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ  |     20:14 Cəlilabadda gənc müəllim dünyasını dəyişdi  |     20:07 Övladı yeni hərbi xidmətə getmişdi... - Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu  |     19:57 Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ  |     19:56 CNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır  |     19:54 Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı (Yenilənib)  |     19:50 Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı  |     18:44 Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO  |     18:40 Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub  |     17:09 Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA  |     16:36 Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI (FOTO)  |     16:33 İlham Əliyev yeni rektor təyin etdi  |     16:13 Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq  |     16:05 Sabah yağış yağacaq  |     15:41 Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU  |     15:34 Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     15:14 Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanıldı  |    
Left Banner
Right Banner

100 min kvadrilyon dollar dəyərində qızıl Yer orbitində fırlanır

06.10.2025 21:52 660
100 min kvadrilyon dollar dəyərində qızıl Yer orbitində fırlanır
2023-cü ilin oktyabrında NASA "16 Psixeya" adlı asteroidə missiya başladıb. Marsla Yupiter arasında yerləşən bu nəhəng kosmik obyekt qızıl və digər qiymətli metallar baxımından olduqca zəngindir.

"The Daily Galaxy"nin məlumatına görə, "Psixeya" təxminən 100 000 kvadrilyon ABŞ dolları dəyərində qiymətli metallara malik ola bilər. O, Yer sərhədlərinin kənarında gizlənən nəhəng resursların simvoluna çevrilib. Lakin bu sərvətlərin hasilatı hələ ki, reallıqdan uzaqdır — texnoloji irəliləyişə və özəl şirkətlərin artan marağına baxmayaraq, kosmosda faydalı qazıntıların çıxarılması hələ də əlçatmaz xəyaldır.

"Qızıl nəhəng" yaxınlıqdadır

"16 Psixeya" asteroidinin diametri 226 kilometrdən çoxdur. Alimlərin fikrincə, bu obyekt dağılmış bir proto-planetin açıq nüvəsi ola bilər. Digər daşlı asteroidlərdən fərqli olaraq, "Psixeya" əsasən dəmir, nikel və elektronika ilə avtomobil sənayesində vacib rol oynayan platin və palladium kimi nadir metallardan ibarətdir.

Bununla belə, "NASA Psyche" missiyası resursların hasilatını deyil, planetlərin daxili təbəqələrinin necə formalaşdığını öyrənməyi hədəfləyir. Alimlər hesab edirlər ki, bu missiya gənc bir planetin metal nüvəsini xatırladan nadir obyektin tədqiqi üçün unikal imkandır.

Hasilat mümkündür, amma hələ məqsədəuyğun deyil

Mərkəzi Florida Universitetinin planetar fizikası üzrə mütəxəssisi Filip Metsgerin sözlərinə görə, asteroidlərdə mədənçiliyin texniki maneələri çox da böyük deyil.

"Yeganə fərq ondadır ki, avadanlıq aşağı cazibə qüvvəsi və güclü radiasiya şəraitinə tab gətirə bilməlidir", deyə o bildirib.

Kosmosda işləyə bilən alətlər və robotlar artıq laboratoriyalarda hazırlanıb və sınaqdan keçirilib. Lakin NASA-nın texnologiyaların hazırlıq səviyyəsini ölçən TRL sisteminə əsasən, asteroid hasilatı üçün texnologiyalar hələ 3–5-ci səviyyə arasındadır. Real missiyaya başlamaq üçün 6–7-ci səviyyəyə çatmaq, yəni sistemləri kosmik şəraitə maksimal yaxın mühitdə sınaqdan keçirmək lazımdır.

"Texnologiyalar bu səviyyəyə çatmadan uçuşdan danışmaq mümkün deyil. Hazırda əsas çatışmazlıq maliyyədir", deyə Metsger əlavə edib.

Özəl sektor kosmosa çıxır

Dövlət agentlikləri əsasən tədqiqatlara diqqət yetirərkən, "AstroForge" və "TransAstra" kimi özəl şirkətlər gələcək kosmik mədənçiliyi üçün sistemlər üzərində işləyirlər. Lakin onları ciddi maliyyə və logistika problemləri gözləyir.

Kolorado Mədənçilik Məktəbinin dosenti Kevin Kennon hesab edir ki, metalların Yerə daşınması iqtisadi baxımdan sərfəli deyil. Onun fikrincə, bu ideya "iqtisadi cəhətdən şübhəli” görünür, çünki missiyaların xərcləri çox böyükdür və platina qrupu kimi metallara tələbin azalması bazar dəyərlərini aşağı sala bilər.

Ekspertlərin rəyinə görə, daha real istiqamət resurslardan birbaşa kosmosda istifadə etməkdir. Məsələn, su ilə zəngin asteroidlərdəki sudan hidrogen və oksigen ayrılaraq raket yanacağı kimi istifadə oluna bilər. Metallar isə Yerə göndərilmədən peyklərin və orbital konstruksiyaların istehsalında tətbiq edilə bilər.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner