Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda DƏHŞƏT: Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

04.10.2025 13:34 522
Naxçıvanda DƏHŞƏT: Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü
Naxçıvanda kişi həyat yoldaşını döydükdən sonra asaraq öldürüb.

Hadisə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda baş verib.

İttihama görə, 1992-ci il təvəllüdlü Azər İbrahimli "TikTok" sosial şəbəkəsində 2000-ci il təvəllüdlü Aytacla tanış olub. Onlar bir müddət danışandan sonra cütlük evlənib.

Cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib.

Bir müddətdən sonra Azər sosial şəbəkədə Məleykə adlı qızla tanış olub və ona subay olduğunu bildirib. Bundan sonra Azər Məleykə ilə görüşməyə, sevgili olmağa başlayıb.

Bir gün Aytac bu hadisədən xəbər tutub və ailədə söz-söhbət başlayıb. Aytac Azərin atası Həsənə zəng vurub onu evə çağırır və oğlunun başqa qızla ona xəyanət etdiyini bildirib. Hadisədən əsəbiləşən qayınata Aytac və uşaqlarını götürüb öz evinə gətirib. Azər isə kirayə qaldığı evdə tək yaşayıb.

Bir gündən sonra Aytac Azərə zəng vuraraq, evə qayıtmaq istədiyini deyib. Azər isə onu sabah evə gətirəcəyinə söz verib. Amma Aytac buna dözməyib və gecə saatlarında evinə qayıdıb. O, evinə qayıdarkən qapının bağlı olduğunu görüb və darvazadan aşaraq həyətə daxil olub. Daha sonra o, evin pəncərəsini açaraq oradan evə keçib. Bu vaxt o, evdə Azərin yenidən Məleykə adlı qızla danışdığının şahidi olub. Azərlə Aytac arasında yenidən mübahisə başlayıb və Azər onu şillə və təpik zərbələri ilə döyüb.

Zərbələrdən halsız vəziyyətə düşən Aytac çarpayıya uzanıb. Bunu görən Azər onu öldürmək qərarına gəlib. O, balkonda paltar asmaq üçün çəkilən ipi kəsərək orağa keçib. O, ipin bir tərəfini Aytacın boğazına, digər tərəfini isə tavandakı çilçıraq üçün bərkidilmiş armatura bağlayıb. Azər daha sonra mətbəxdən stul gətirərək, Aytacı stula çıxarıb, ipi çəkəndən sonra stulu onun ayaqları altından çəkib. Bir müddətdən sonra ipi kəsən Azər Aytacın öldüyünü görüb atasına və təcili tibbi yardıma zəng vurub, Aytacın özünü asdığını deyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı araşdırmalara başlanıb. Məlum olur ki, Aytac intihar etməyib, onu Azər asıb öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, Azər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İbrahimli 13 il azadlıqdan məhrum edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner