Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ"ın sayəsində Azərbaycan UEFA əmsallar cədvəlindəki yerini möhkəmlədib

02.10.2025 12:33 1 197
Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini gücləndirib.

Bakıda baş tutan oyunda "Qarabağ"ın Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi ilə Azərbaycanın reytinqinə 0.500 xal əlavə edilib.

Azərbaycan siyahıda 22.000 xalla 25-ci sırada yer alıb.

Azərbaycandan bir pillə öndə yer alan Serbiyanın 22.375 xalı var. 21.275 xalı olan Slovakiya isə 26-cı pilldə qərarlaşıb.

Reytinqə 97.117 xalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, dünən keçirilən qarşılaşmada "Qarabağ" Danimarka klubu üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb və xallarını altıya çatdırıb. Hazırda Çempionlar Liqasının Liqa mərhələsində Ağdam klubu altıncı yerdə qərarlaşıb.

Son xəbərlər