Mojo.az Banner
23:00 Azərbaycanın həndbol millisi beynəlxalq turnirdəki ilk oyununda uduzub  |     22:55 "Barselona"nın 53 oyunluq seriyası başa çatdı  |     22:47 Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO  |     22:42 Ceyhun Bayramov Papa ilə görüşdü - FOTO  |     22:35 Qızılın qiyməti 2026-cı ildə necə olacaq?  |     22:30 Daşkəsəndə qadın qonşusu tərəfindən döyüldü  |     22:24 Gənclər niyə “Qara Cümə”də maaşlarının yarısından çoxunu xərcləyir?  |     22:18 Güzəştli kartlar nə vaxt istifadəyə veriləcək? - Video  |     22:10 Bu gün ali xüsusi rütbə verilənlər kimdir? - DOSYE  |     22:05 Yanğına səbəb olan sahibkarlara hansı cəzalar verilir? - Vəkildən AÇIQLAMA  |     21:57 Səfirlik: Gürcüstan saxlanılan Azərbaycan TIR-ları ilə bağlı məsələnin qısa müddətdə həll olunacağına söz verib  |     21:52 Nazirliyin "işçisi"ndən 8000 manatlıq dələduzluq  |     21:43 Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - Xəbərdarlıq  |     21:37 Restoranlara xərclənən pul artıb: Səbəb nədir? - İqtisadçı açıqladı  |     21:29 Nazir bu universitetə yeni prorektor təyin etdi  |     21:24 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     21:14 Gəncədə yeniyetmə bıçaqlandı  |     21:09 Dondurularaq qurudulan meyvələrə tələbat artıb: Yeni trend, yoxsa sağlam seçim? - Video  |     21:00 Bakıda dava zamanı sahibkarın qulağını qopardılar - "Həsənoğlu Market"in sahibi imiş  |     20:53 İstanbulda hoteldə halı pisləşərək xəstəxanada vəfat edən Böcek ailəsinin ölüm səbəbi açıqlandı  |    
Left Banner
Right Banner

"EuroHome"da kompensasiya qalmaqalı: Azay Möhnətov icarədarları aldatmaqda ittiham olunur

29.09.2025 20:57 267
"EuroHome" inşaat materialları bazarında kompensasiya qalmaqalı yaşanır.

Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, "EuroHome"un sahibi Azay Möhnətov 2019-cu ildə bazarda baş vermiş yanğına görə bəzi icarədarların kompensasiyasını ödəməyib.

İddialara görə, Azay Möhnətov onlara kompensasiya ödəniləcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınıb. Məlumatda bildirilir ki, icarədarlar indiyədək Azay Möhnətovun vədlərinə inanaraq susub. Amma artıq onlar bazar sahibi barədə şikayət etmək qərarına gəliblər.

Məlumat üçün deyək ki, bazarda baş vermiş yanğından sonra icarədarlar kompensasiya tələbi ilə Bakı-Sumqayıt yolunu bağlamışdı. Həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev icarədarlarla görüşmüşdü. Görüşdə əsas müzakirə mövzusu kompensasiya məsələsi olmuşdu.

Qaynarinfo-nun aradırması nəticəsində məlum olub ki, kompensasiya almayan icarədarlardan biri də Rafiq Ocaqverdiyevdir. Onun bazarda elektrik materiallarının satışını həyata keçirən mağazası olub. Bildirilir ki, yanğın zamanı Rafiq Ocaqverdiyevə 200 000 manatdan çox ziyan dəyib.

Azay Möhnətov ona dəymiş ziyanın ödəniləcəyini vəd edib. Bazar sahibi hətta dövlət qurumlarında keçirilən görüşlərdə də bununla bağlı söz verib. Lakin 6 il keçməsinə baxmayaraq, hələ də adıçəkilən icarədara kompensasiya ödənilməyib.

Rafiq Ocaqverdiyev isə artıq susmaq niyyətində deyil. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan, sahibkarlıq fəaliyyətindən əvvəl bir sıra vəzifələrdə çalışan, məntəqə sədri kimi seçki prosesində hakim partiyanı təmsil edən Rafiq Ocaqverdiyev məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib.

Əməkdaşımız bu məlumatları dəqiqləşdirmək üçün Rafiq Ocaqverdiyevin özü ilə də danışıb. İcarədar deyilənləri təsdiqləyib. O, əlavə edib ki, Azay Möhnətov artıq 6 ildir ona kompensasiya ödəməkdən yayınır: "Hər dəfə bir bəhanə gətirir. Əvvəl guya icarə haqqında güzəşt etdi. Bizdən icarə haqqı almadı. Bu bir il çəkdi. Bir ildən sonra isə icarə haqqını iki dəfə artırdı. Bununla da öz ziyanını kompensasiya etdi. Amma bizim kompensasiyamızı hələ də ödəmir.

Azay Möhnətov dəfələrlə mənə bildirib ki, kompensasiya ödəniləcək. Hər dəfə də bir bəhanə ilə verdiyi vədi yerinə yetirməkdən yayınıb. Təsəvvür edin, borc ödəməkdən cana doymuşuq. Mənim səhhətimdə problem yaranıb. Bir dəfə infarkt keçirmişəm. Amma bütün bunlar Azay Möhnətovun vecinə deyil. Ona görə də qərara gəldim ki, məsələ barədə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edim".

Rafiq Ocaqverdiyev 2019-cu ildə baş vermiş yanğın hadisəsinə diqqət çəkərək bildirib ki, baş verənlərdə bilavasitə bazarın rəhbərliyi təqsirkardır. Onun sözlərinə görə, yanğın təhlükəsizliyinə ciddi riayət olunmaması yanğının geniş miqyaslı olmasını şərtləndirib. "Bu səhlənkarlıqdan ziyan çəkən, kredit, borc ödəyən bizik. Mən Azay Möhnətovdan artıq pul istəmirəm. Mənə dəymiş ziyanı tələbi edirəm. Bazarda hər kəs də bilir ki, mənə 200 000 manatdan artıq ziyan dəyib", deyə Rafiq Ocaqverdiyev vurğulayıb.

Onun sözlərinə görə, artıq bazarda mağazasını bağlayıb. "Borclara görə işləmək mümkün deyil. İflas həddində olduğumuz üçün mağazanı bağlamaq qərarına gəldik. Beləliklə, neçə ailə çörəkdən məhrum oldu. Azay Möhnətov öz əməlləri ilə faktiki olaraq sahibkarlıq fəaliyyətinə zərbə vurur. Halbuki ölkə rəhbərliyinin yürütdüyü siyasətdə sahibkarlığın inkişafı əsas yer tutur", deyə Rafiq Ocaqverdiyev bildirib.

İcarədar sonda deyib ki, etdiyi müraciətlərin nəticəsi olacaq:

"Azərbaycan hüquqi dövlətdir. İnanıram ki, müraciətlərimin bir nəticəsi olacaq. Ola bilər ki, Azay Möhnətov imkanlarına güvənir. Mən isə dövlətə və qanuna güvənirəm".скачать dle 11.3