Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27.09.2025 17:00 828
Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı
Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkilərdən növbəti ölüm dalğası qeydə alınıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, bu dəfə Slantsevski rayonuna bitişik olan Kinqiseppski rayonunda bir neçə nəfər metil spirtindən həyatını itirib. Daha əvvəl isə Volosovski rayonunda ölüm halları qeydə alınmışdı.

"Sentyabrın 10-dan 17-dək qonşu iki rayonda - Kinqiseppski və Volosovskidə həyatını itirən bir neçə yerli sakinin ölüm faktı ilə bağlı tibb müəssisələrindən ekspertizaların nəticələri tələb olunub", - deyə Volk vurğulayıb.

Son məlumatlara görə, Leninqrad vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 25-ə çatıb. Volosovski rayonunda altı ölüm faktı qeydə alınıb. İlkin məlumata görə, ölənlərin hamısı ölümcül surroqatı bir nəfərdən - artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 78 yaşlı təqaüdçü Nikolay Boytsovdan alıblar. Qeyd etmək lazımdır ki, Boytsov bundan əvvəl də spirtli içkilərin qeyri-qanuni dövriyyəsinə görə məsuliyyətə cəlb olunub.

Faciənin episentri ilk kütləvi zəhərlənmə hallarının qeydə alındığı Slantsı şəhəri və Qostistı kəndi olub. Regional səhiyyə komitəsinin mütəxəssislərinin rəyinə görə, insanlar metanoldan zəhərlənmə nəticəsində ölüblər ki, zəhərli maye olan metanol zahiri görünüşü və qoxusu baxımından etil spirtindən praktiki olaraq fərqlənmir.

Daha əvvəl Leninqrad vilayətinin prokurorluğu surroqat spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfərin, o cümlədən Boytsovun həbsi barədə məlumat vermişdi.

Son xəbərlər