Mojo.az Banner
11:50 Azərbaycan nefti BAHALAŞDI  |     11:49 Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir  |     11:48 Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:45 Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi  |     11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |     23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |    
Left Banner
Right Banner

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər

24.09.2025 18:37 471
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

Median.Az
AZƏRTAC-a istinadla bəyanatı təqdim edir:

"Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının "Konstitusiya və Suverenlik ili" elan etdiyi 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığı misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını ifadə etməkdən böyük şərəf duyuruq.

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliləri İlham Əliyev cənabları beynəlxalq müstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. 2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşünün nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, müzəffər öndərimizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq dəyərləndiririk.

Azərbaycan Prezidentinin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulu zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onların tarixi əhəmiyyətini müəyyən edir.

Ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkəranə şəkildə ləğv edilməsi Azərbaycanın dövlət rəhbərinə olan ehtiram və etimadın təcəssümü, Prezident cənablarının şəxsində Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu.

Bölgəmizdə yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamə təkcə dövlətlərarası münasibətlərin normallaşmasının deyil, həm də sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir. ATƏT-in Minsk Qrupu və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyini göstərir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin reallaşdırılması, heç şübhəsiz, regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi sənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyllərinin istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər üçün parlaq imkanlar açır. Beləliklə, Azərbaycanın dövlət başçısı Azərbaycan xalqına dünya miqyaslı daha bir Zəfər bəxş etdi, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə, ölkəmiz və bölgəmiz üçün yeni perspektivlərin açılmasına nail oldu.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlar Vaşinqton razılaşmalarını sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstək və xeyir-dualarını verirlər. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndərimiz, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər liderimizin sülh və tərəqqi yönündə səy və əməllərinə, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Yaradan xalqımızı, Vətənimizi, dövlətimizi və qalib dövlət rəhbərimizi qorusun! Amin!"

Bəyanat Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının sentyabrın 24-də keçirilən iclasında qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner