Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda su kanalının səviyyəsinin artması təhlükə yaradır? - AÇIQLAMA

23.09.2025 22:39 483
Xaçmazda su kanalının səviyyəsinin artması təhlükə yaradır? - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə yağıntılı hava və güclü sel səbəbindən Samur-Abşeron kanalının Xaçmazdan keçən hissəsində suyun səviyyəsinin kritik həddə çatdığına dair məlumatlar yayılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda şimal çaylarında bol sululuq müşahidə olunduğundan mövcud su ehtiyatları Samux-Abşeron kanalına yönləndirilir və oradan Taxtakörpü su anbarına ötürülür.

"Görüntülərdə əks olunan vəziyyət normal hal kimi qiymətləndirilir, kanal öz həcmi səviyyəsində doludur, normal rejimdə və tam işlək vəziyyətdə fəaliyyət göstərir.

Həmçinin Regional Su Meliorasiya Xidmətinin Samux-Abşeron Kanalının İstismarı İdarəsi prosesi daim nəzarətdə saxlayır. Bu səbəbdən vətəndaşların hər hansı narahatlığına əsas yoxdur”, deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, Samux-Abşeron kanalı vasitəsilə dolan Taxtakörpü su anbarı Bakı şəhərini içməli su ilə təmin edən əsas mənbələrdən biridir.скачать dle 11.3
Mojo.az Banner