Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı və Abşeronda fasiləsiz suyun verilməsi nə vaxtdan bərpa ediləcək?

20.06.2025 12:41 1 227
Bakı və Abşeronda fasiləsiz suyun verilməsi nə vaxtdan bərpa ediləcək?
Oğuz-Qəbələ-Bakı su xəttində aparılan təmir işləri ərzində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunub.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır:

"Xətdə aparılan təmir işləri ərzində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir. Anbarların lazımi həcmdə su ilə təmin olunmasından sonra abonentlərə suyun ötürülməsi mərhələli şəkildə bərpa olunacaq".

Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində yaranmış qəza səbəbindən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranıb. İyunun 18-i bu işlər yekunlaşıb və əhaliyə suyun verilişinə iyunun 20-si axşam saatlarında etibarən bərpa olunacağı bildirilib.

Son xəbərlər