Mojo.az Banner
13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda elektrik açarını hansı qurum "OĞURLAYIB"?: "Azərişıq"la "Azərenerji" ÜZ-ÜZƏ

23.09.2025 14:31 537
Abşeronda elektrik açarını hansı qurum
Abşeron rayonu 83 saylı yarımstansiyanın "Klassik A" MMC-yə gələn 110-35-10 kV-luq xətti üzərində, 10 kV "TM-28" hava xəttindən budaqlaşma yerində quraşdırılmış elektrik açarı oğurlanıb.

Bu barədə Bizim.media-ya müəssisənin direktoru İlham İsmayılov şikayət məktubu ilə müraciət edib. Müəssisə direktoru aylardır "Azərişıq" və "Azərenerji"nin problemin həllini bir-birinin üzərinə atdığını və şikayətinə baxılmadığını bildirir:

"Biz bununla bağlı "Azərenerji" ASC-yə dəfələrlə müraciət etmişik. Bunu qurumun işçiləri ediblər. Biz də bunu biləndən sonra müraciət etdik. Bizə dedilər ki, həmin işçilər dəyişiblər. Dedik ki, əvvəlki işçi hara gedibsə, onu tapıb gətirin, amma mümkün olmadı. Qarşıdan qış gəlir, xətdə olan açılmalar təhlükə yarada bilər. Hər hansı bir təmir prosesində enerjini ayırırıq ki, müəssisəyə təhlükə yaranmasın. Yəni bu, qəza vəziyyətidir və süni şəkildə yaradılıb.

Biz həmin açarı öz vəsaitimiz hesabına qoymuşuq və bu da layihəyə salınıb. O açarı oğurlamaq, götürmək üçün yüksəkgərginlik xətt yarımşəbəkədən ayrılmalıdır. Bunu da yalnız enerji işçiləri edə bilərlər".

"Azərenerji" ASC-dən iddia təkzib edilib:

"Absurd məsələdir. "Azərenerji" 500, 330, 220, 110 kV-luq yüksəkgərginlikli ötürmə xətlərinə baxır. 10 kV-luq xəttin və ya elektrik açarının "Azərenerji"yə nə aidiyyəti var?"

"Azərişıq" ASC-dən isə məsələnin ümumiyyətlə onlara aid olmadığı bildirilib.

Qeyd edək ki, şikayətçi problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlayıb, lakin baxılmayıb. Yaranmış vəziyyət təkcə müəssisə deyil, həm də ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyinə çevrilə bilər.скачать dle 11.3
Mojo.az Banner