Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəlir vergisinə tətbiq edilən güzəşt bitir: İqtisadiyyat nə qazanıb, nə itirəcək?

22.09.2025 22:12 678
Gəlir vergisinə tətbiq edilən güzəşt bitir: İqtisadiyyat nə qazanıb, nə itirəcək?
"Özəl sektorda gəlir vergisinə güzəşti ancaq iqtisadiyyatda neftdən gələn gəlirin çəkisi 50 faizə endirildikdən sonra ləğv etmək olar".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddətinin 2026-cı ilin yanvarın 1-də bitməsilə, onun uzadılmayacağı fonunda baş verə biləcəklərə aydınlıq gətirərkən deyib.

"Ölkənin bəzi makroiqtisadi göstəriciləri var. Bizim hələ də 90 faiz civarında neft amilindən asılılığımız davam edir. Belə bir vəziyyətdə, özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəşti ləğv etməklə başladığımız işi yarımçıq qoyaraq geri çəkəcəyik", deyə ekspert bildirib.

Həmsöhbətimiz sözügedən güzəşt müddətinin artırılmasının tərəfdarıdır:

"Həmin güzəştin müddəti 2026-cı ilin əvvəlində başa çatır. Düşünürəm ki, güzəşt müddətini 2030-cu ilə qədər uzatmalıyıq. Aydındır ki, vergi iqtisadiyyatın onurğa sütunudur. Ancaq gələcəkdə bundan daha çox mənfəət götürə biləcək mühit yarada biləcəyiksə, onu tətbiq etmək lazım deyil. ƏDV-nin geri qaytarılmasından milyondan çox insan istifadə edir. Bu isə gizli iqtisadiyyatın "ağarması" deməkdir. Vətəndaş ƏDV-dən onlara qaytarılan gəlirdə maraqlıdır. Özəl sektorda gəlir vergisinə tətbiq edilən güzəşti ancaq iqtisadiyyatda neftin payı 50 faizə endirildikdən sonra tətbiq etmək olar".

İqtisadçı düşünür ki, indiki halda həmin güzəştin ləğvi yenidən gizli iqtisadiyyatın baş qaldırmasına rəvac verəcək:

"Həmin 14 faizlik vergini ödəməmək üçün sahibkarlar işçilərinə maaşları yenə də müxtəlif üsullarla ödəməyə keçəcəklər".

Qeyd edək ki, gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Bu güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14 faiz vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14, ondan çox olan hissəsindən isə 25 faiz vergi tutulacaq.скачать dle 11.3

Son xəbərlər