Mojo.az Banner
14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |    
Left Banner
Right Banner

Hamilə sevgilisinə əzab verərək videoya çəkən şəxslə bağlı QƏRAR

10.09.2025 13:41 468
Hamilə sevgilisinə əzab verərək videoya çəkən şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində əzabvermə və seksual xarakterli zorakılıq hərəkətləri ittihamı ilə təqsirləndirilən İsmət Baxışovun (adı, soyadı şərtidir) barəsində apellyasiya şikayətinə baxılıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü qüvvədə saxlanılıb.

İttiham aktına görə, təqsirləndirilən İsmət Baxışov qeyri-rəsmi nikah münasibətlərində olduğu və birlikdə tibbi müayinələrdən keçərək hamilə olması barədə məlumatlı olmaqla zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı 21 mart 2023-cü il tarixdən başlayaraq qısqanclıq zəminində fiziki və psixi zorakılıq göstərib. O, qadının sosial şəbəkələrdə digər kişilərlə ünsiyyət saxladığını bilib, zərərçəkmişi döyərək kəmərlə müxtəlif nahiyələrinə zərbələr endirib, qollarını bağlayaraq hərəkət və müdafiə imkanlarını məhdudlaşdırıb, videoçəkiliş aparmaqla psixi iztirablar yaradıb.

Bundan əlavə, təqsirləndirilən şəxs seksual xarakterli zorakılıq hərəkətlərini dəfələrlə təkrarlayaraq zərərçəkmişin bədəninə xəsarətlər yetirib.

İsmət zərərçəkmişdən sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına dair söz verməsini tələb edib, bu zaman mobil telefonla videoçəkiliş apararaq zərərçəkmişə psixi iztirablar verib.

İsmət Baxışovun hərəkətləri nəticəsində zərərçəkmişin baş, sifət, əllər, bud, sağrı və digər nahiyələrində xəsarətlər meydana gəlib, fiziki və psixi iztirablar verilməklə mütəmadi işgəncələr tətbiq edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Baxışov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner