Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Kardioloq sağlam yağların hansı qidalarda olduğunu açıqladı

06.09.2025 22:17 846
Kardioloq sağlam yağların hansı qidalarda olduğunu açıqladı
Kardioloq Devid Sabgir sağlam qidalanmada yağlardan imtina etməyin düzgün olmadığını bildirib.

Qaynarinfo "Eatingwell" portalına istinadən xəbər verir ki, onun sözlərinə görə, xüsusilə doymamış yağlar ürək sağlamlığı üçün mühüm rol oynayır.

Həkim izah edib ki, mono doymamış yağlar "pis” xolesterinin səviyyəsini aşağı sala, "yaxşı” xolesterini artıra, trigliserid və qan təzyiqini azalda bilər. Sağlam yağların qida rasionuna daxil edilməsi ürəyi qorumağa, insult riskini azaltmağa və yeməkdən sonra daha uzun müddət toxluq hissi yaratmağa kömək edir.

Sabgir qeyd edib ki, bu yağlar orqanizmin A, D, E və K kimi yağda həll olunan vitaminləri mənimsəməsi üçün vacibdir. Onların çatışmazlığı yorğunluq, dəri quruluğu və zəifləmiş immunitetlə nəticələnə bilər.

Mütəxəssis sağlam yağların əsas mənbələri kimi qoz-fındıq, zeytun yağı, müxtəlif toxumlar və yumurtanı göstərib. O, avokadonun da xüsusi yer tutduğunu vurğulayıb: "Avokado yeganə meyvədir ki, sağlam yağlarla zəngindir, həm də tərkibində az miqdarda doymuş yağ, şəkər və natrium var, xolesterin isə ümumiyyətlə yoxdur”.

Kardioloqun fikrincə, doymamış yağlar qidalanmanın vacib elementi kimi qəbul edilməlidir. "Növbəti dəfə qəlyanaltı etmək istədikdə bir ovuc qoz-fındıq və ya avokado ilə yumurtalı tost seçin. Ürəyiniz sizə minnətdar olacaq”, deyə Sabgir əlavə edib.скачать dle 11.3
Mojo.az Banner