Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Mal ətinin kilosu 20 manata qədər qalxacaq? (İDDİA)

02.09.2025 22:40 1 065
Mal ətinin kilosu 20 manata qədər qalxacaq? (İDDİA)
Bakıda və bölgələrdə mal ətinin qiymətində müşahidə olunan artım son günlər alıcıların da, satıcıların da əsas müzakirə mövzusuna çevrilib. Paytaxtda kiloqramı 2 manat, bölgələrdə isə orta hesabla 1 manatlıq bahalaşma qeydə alınıb. Əvvəllər rayonlarda 15 manata, Bakıda isə 16 manata satılan mal əti indi müvafiq olaraq 16 və 17 manata təklif olunur.

Musavat.com-un əməkdaşı vəziyyəti yerindəcə öyrənmək üçün "Neftçilər”də yerləşən məşhur ət bazarına üz tutub. Buradakı qəssab piştaxtalarında söhbətə qoşulan satıcılar qiymət artımını gizlətmirlər. Onlardan biri deyir: "Bizim günahımız yoxdur, qiyməti biz qaldırmırıq. Malı kənddən baha alırıq, məcbur da baha satırıq. Yemin qiyməti od tutub yanır, su, baxım, dərman hamısı baha başa gəlir. Biz də dolanışığımızı buradan çıxarırıq”.

Satıcılar bildirirlər ki, bahalaşma əsasən mal ətində özünü göstərir. Quzu və qoyun ətinin qiyməti hələlik sabit qalıb. Amma bir qəssab narahatlığını gizlətmir: "Əgər vəziyyət belə davam etsə, yaxın aylarda mal ətinin kilosu 20 manata qədər qalxa bilər. Mal qıtlığı başlayıb, otun qiyməti də hər gün artır”.

Bazarda gəzişərkən 17 manatdan aşağı qiymətə ət təklif edən piştaxtalara da rast gəlirik. Burada mal ətinin kiloqramı 13-14 manata satılır. Ancaq satıcı özü etiraf edir ki, ucuz ət keyfiyyət baxımından fərqlənir: "Bu, dişi dana ətidir. Əzələsi sərt olur, dadı da erkək dana kimi olmur. Erkək dana əti yumşaqdır, ona görə də baha satılır. Alıcı isə həm dadlı, həm də təzə ət istəyir”. Həqiqətən də, piştaxtadakı ucuz ətin rəngi saralmış, köhnəliyi isə gözə çarpacaq dərəcədədir.

Alıcıların əksəriyyəti qiymətlərin sürətlə qalxmasından narazıdır. Qadın alıcı gileylənir: "Əvvəllər həftədə bir dəfə ailəlikcə ət alıb bişirirdiksə, indi ayda bir dəfə gücümüz çatır. Hər şey bahalaşıb, indi ətin üzünə həsrət qalmışıq”.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda ətin qiymətində artım artıq uzun illərdir davam edir və bunun səbəbləri çoxşaxəlidir:

"Örüş yerləri getdikcə azalır, yemin qiyməti qalxır. Ən ciddi problem isə iri və xırdabuynuzlu heyvanların sayının sürətlə azalmasıdır. Son iki ildə iri buynuzlu mal-qaranın sayı 80 minə yaxın, xırdabuynuzlu mal-qaranın sayı isə 1 milyon 300 minə yaxın azalıb. Bu, ciddi rəqəmdir və hökumət buna qarşı mütləq tədbir görməlidir”.

Ekspertin sözlərinə görə, fermerlərin vəziyyəti ağırdır və onları stimullaşdırmaq, subsidiya və güzəştlərlə dəstəkləmək vacibdir. Əks halda qiymətlərin artımının qarşısını almaq mümkün olmayacaq: "Fermer də başqa malların, xidmətlərin alıcısıdır. Görür ki, hər şeyin qiyməti qalxıb, o da qiyməti artırmaq məcburiyyətində qalır. Belə getsə, Azərbaycanda ətin qiyməti Türkiyədəki kimi baha olacaq”.

Cəfərli çıxış yolu kimi işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsini təklif edir: "Şərqi Zəngəzur və Qarabağ kimi torpaqlarımız var. Bu ərazilər geniş otlaq və örüş sahələridir. Onlar fermerlərin istifadəsinə açılmalı, heyvandarlıq üçün ciddi proqram hazırlanmalıdır. Yalnız bu yolla ətin qiymətində sabitlik yaratmaq mümkündür”.

Hazırda isə bazarlarda vəziyyət dəyişməz qalır: qəssabların piştaxtasında mal ətinin kiloqramı 17 manatdan təklif olunur, ucuz ət isə keyfiyyətinə görə çoxlarını qane etmir. Alıcılar qiymətlərin hər gün artmasından narahatdır, satıcılar isə məsuliyyəti kəndlilərin, kəndlilər isə yemin və yemləmə xərclərinin üzərinə atır. Nəticədə isə ən çox ziyanı yenə də adi vətəndaş çəkir.скачать dle 11.3
Mojo.az Banner