Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

KİV: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması qərarını Azərbaycanla razılaşdırıb

01.09.2025 20:24 1 026
KİV: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması qərarını Azərbaycanla razılaşdırıb
Pakistan Azərbaycanla məsləhətləşmələr apardıqdan sonra Ermənistanla diplomatik münasibətlər qurmaq qərarına gəlib.

Bu barədə "Report" "AnewZ" telekanalına istinadən məlumat verir.

Pakistan və Ermənistanın xarici işlər nazirləri ötən həftə keçirilən görüşdə diplomatik münasibətlərin qurulması imkanlarının nəzərdən keçirilməsini razılaşdırıblar. Bununla yanaşı, nazirlər avqustun 31-də Çinin Tiencin şəhərində iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar.

"Pakistanın Ermənistanla diplomatik münasibətlərin qurulması imkanını nəzərdən keçirməklə bağlı qərarı Bakı ilə ölkənin sülh gündəliyi çərçivəsində razılaşdırılıb. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra İslamabadla müzakirələr aparılıb, bundan sonra isə sözügedən təşəbbüs razılaşdırılıb", - telekanal qeyd edir.

Pakistan İrəvanla münasibətlərini Ermənistanın Azərbaycan ərazilərinin işğalına başlamasından sonra dayandırıb və uzun illər ərzində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb.

"İslamabad Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsinə də əhəmiyyətli töhfə verib. Ekspertlər qeyd edirlər ki, Pakistanın bu addımı (Ermənistanla münasibətlərin normallaşdırılması - red.) Azərbaycanın sülh gündəliyinin bir elementi və Vaşinqton razılaşmalarının birbaşa nəticəsi kimi qiymətləndirilməlidir", - "AnewZ" vurğulayır.

Son xəbərlər