Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada yığılan vergilərin yarısı müharibəyə xərclənir

29.08.2025 18:53 1 008
Rusiyada yığılan vergilərin yarısı müharibəyə xərclənir
Rusiya Ukraynaya müdaxiləyə başlayandan bəri dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu ordu və silah alınmasına yönəldilib.

Bu rəqəmlər Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutu tərəfindən Rusiya Federasiyasının "Elektron büdcə" sistemi əsasında aparılan təhlilə əsaslanır.

Araşdırmaya görə, 2025-ci ilin birinci rübündə hərbi xərclər dövlət gəlirlərinin 50,1 %-ni, ikinci rübdə isə 48,2 %-ni təşkil edib. Bu göstərici 2022-ci ildə 24,4 %, 2023-cü ildə 32,05 %, 2024-cü ildə isə 39,05 % olub.

Bundan əvvəlki maksimum göstərici 2023-cü ilin birinci rübündə qeydə alınıb: 45,4 %.

2025-ci ilin yanvar–iyun aylarında Rusiya Maliyyə Nazirliyi ümumilikdə 17,584 trilyon rubl gəlir toplayıb, lakin 21,278 trilyon rubl xərcləyib.

Bu xərclərin 39,9 %-i birbaşa müharibəyə xərclənib. Bu rəqəmlər müasir Rusiya tarixində rekord hesab olunur və artıq Sovet İttifaqının son illərindəki səviyyəni də geridə qoyur. Məsələn, 1990-cı ilin büdcəsində hərbi məqsədlərə 241,3 milyard rublun 71 milyardı, yəni 29,4 %-i ayrılmışdı.

2025-ci ilin ilk 6 ayında Kreml müdafiə xərcləri üzrə ümumilikdə 8,484 trilyon rubl xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 %, 2023-cü ilin yanvar–iyun dövrü ilə müqayisədə 95 %, müharibənin ilk ili ilə müqayisədə isə 3 qat artım deməkdir.

Son xəbərlər