Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan təmsilçisi Türkiyə nəhənglərini kölgədə qoydu

29.08.2025 15:57 750
Azərbaycan təmsilçisi Türkiyə nəhənglərini kölgədə qoydu
Azərbaycan futbolunun flaqmanına çevrilən "Qarabağ" bu mövsüm də Avropada möhtəşəm addımlarla irəliləyərək bir daha sübut etdi ki, futbol büdcə ilə ölçülmür. Dəyərləri yüzmilyonlarla avro olan Türkiyə nəhənglərinin məğlub olduğu yerdə, heyətinin dəyəri "Samsunspor"dan belə iki dəfə az olan "Qarabağ" mərdliklə, mübarizə ilə, sistem və peşəkarlıqla zirvəyə doğru irəliləyir.

Gəlin bu mövzunu əsaslandırmaq üçün Türkiyə futboluna baxaq:

"Fənərbağça" - illik büdcəsi 300 milyon avroya yaxın. Hər yay dünya ulduzlarını transfer edib "mövsüm bizimdir" deyirlər. Amma nəticə? Avropada növbəti fiasko. Pul çoxdur, amma futbol fəlsəfəsi yoxdur. Transfer bazarında çılğın pullar xərcləyən klub, sadə intizam və kollektiv oyun anlayışını unudub. Hətta Joze Mourinyo belə karyerası ərzində 10 klubda baş məşqçi olaraq çalışıb, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının qalibi olub. Yalnız uğursuzluğu "Fənərbağça" ilə yaşayan təcrübəli çalışdırıcı belə bu klubu dirildə bilmədi.

"Beşiktaş" - 200 milyon avro heyət dəyərinə sahibdir. Amma meydanda nə qədər zəif, qeyri-sabit olduğunu hər kəs görür. Bu klubun tarixi, böyük azarkeş ordusu var, amma idarəçilik bərbaddır. Pul xərcləmək onları nə Avropada, nə də daxildə zirvəyə aparmır. Əksinə, "Qarabağ" kimi sistemli komandalarla müqayisədə nə qədər boş bir layihə olduqları ortaya çıxır.

"Başakşəhər" - Türkiyənin "modern layihəsi". Dövlət dəstəyi, böyük imkanlar, 61 milyon avroluq heyət. Amma Avropada bir "Qarabağ" qədər işıqları yanmır. Çünki layihənin içində ruh yoxdur, futbolçuların üzərində sistemli məşqçi izi yoxdur. Bu komanda kağız üzərində var, amma real gücü göstərməyə gələndə darmadağın olur.

"Samsunspor" - 50 milyon avroluq heyəti ilə Türkiyənin ortabab komandalarından biri. Amma məhz onlar da "Qarabağ" qarşısında dərsini aldılar. Burada məsələ yalnız oyun gücündə deyil, mentalitetdədir. "Qarabağ" meydana yalnız 11 futbolçu ilə yox, həm də bir fəlsəfə, bir ideya ilə çıxır. Türkiyə klubları isə ideyasız, ruhsuz oyunçular yığını kimi görünürlər.

Bütün bunların fonunda "Qarabağ"ın uğuru daha da parlaqdır. Çünki bu komanda illərdir sistem üzərində qurulub. Qurban Qurbanovun liderliyi ilə komanda yalnız futbol oynamır, həm də Azərbaycan futbolunu Avropa səhnəsində təmsil edən bir simvola çevrilib. Heyətinin dəyəri az olsa da, intizamı, oyun nizamı və kollektiv gücü ilə Türkiyə nəhənglərinə böyük dərs verir.

İndi isə "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Çelsi", "Liverpul", "Napoli", "Benfika", "Ayntraxt Frankfurt", "Atletik Bilbao" və "Kopenhagen" kimi Avropanın ən güclü klubları ilə qarşılaşacaq. Bu, sadəcə Azərbaycan futbolu üçün uğur deyil, həm də Türkiyə futbolunun hansı vəziyyətdə olduğunu göstərən acı bir reallıqdır. Çünki nəhəng büdcələrə sahib olan Türkiyə klubları kənarda qalıb, daha kiçik büdcəli "Qarabağ" isə Avropanın ən prestijli turnirində yer alır.

Sonda açıq bir həqiqət qalır: "Qarabağ" pul futbolu ilə yox, peşəkarlıq və zəhmətlə qazanır. Türkiyə klubları isə pullarının gücü ilə yalnız öz azarkeşlərinə boş xəyallar satır.
//oxu.az

Son xəbərlər