Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbulun nəticələri AÇIQLANDI

29.08.2025 14:44 738
Lisey və gimnaziyalara II mərhələ üzrə qəbulun nəticələri AÇIQLANDI
2025-2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri açıqlanıb.

Nəticələr şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib. Şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı - sy.edu.az platforması üzərindən "İmtahanlar" bölməsindən tanış ola bilərlər. Qəbul olan şagirdlər üçün sorğular mərhələli şəkildə yaradılır. Hər bir şagird şəxsi kabinetində "Sorğularım" bölməsindən müvafiq məlumatları izləyə bilər.

Qəbul olan şagirdlərin sənədlərinin (şəxsi işlərinin) 2 sentyabr saat 16:00-dək qəbul olduqları təhsil müəssisəsinə təqdim edilməsi tələb olunur. Bu gündən başlayaraq qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək. Əlavə sual yaranarsa, "146-2" ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.

Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola bilərsiniz:
LGQ _ II tur _ minimum ballar

Son xəbərlər