Mojo.az Banner
22:59 Türkiyə gəmisinə hücum oldu, yaralılar var  |     22:56 Nazir şagirdlərin monitorinq imtahanında sual kitabçalarının yığılmasına aydınlıq gətirib  |     22:50 Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı  |     22:41 Messi mundiallarda vurulan qolların sayına görə mütləq rekordçu oldu - VİDEO  |     22:35 Sabah bu yerlərdə işıq kəsiləcək  |     22:29 Azərbaycandan Ermənistana gübrə göndəriləcək  |     22:22 Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçub  |     22:15 Bu şəhərlərdə qaz təchizatında fasilələr yaranacaq  |     22:09 Repititorluğu ləğv etmək mümkün deyil - Təhsil naziri  |     22:01 Bakı universitetlərində bakalavrların sayı azaldılacaq  |     21:53 Bu hisslər xarici görünüşdə radikal dəyişikliklər yaradır  |     21:48 Baş nazirdən daha bir qərar  |     21:40 Tələbələrə müjdə - Bu məbləğ artırıla bilər  |     21:34 Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlandı  |     21:20 Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir  |     21:13 Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər  |     21:06 Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb  |     20:58 İçkili halda yolda pultla oyuncaq maşın idarə etdi, məhkəmə cəzalandırdı  |     20:52 Bakıda uşaq bağçasında lisenziyasız fəaliyyət aşkarlandı  |     20:45 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu  |    
Left Banner
Right Banner

Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR

26.08.2025 22:54 378
Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR
Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yeni dərs ilinə hazırlayırlar.

Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olan dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Belə ki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlar isə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə 45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki, bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülü dəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasında dəyişir.

Kitab və dəftər üzləri 10-30 qəpik arası müştərilərə təqdim olunur. Qələmlərin qiymətləri isə 30 qəpikdən başlayır.

Satıcıların sözlərinə görə, bu il qiymətlərdə müəyyən artımlar olsa da, bazarda həm seçim, həm də alıcılıq gücü var. Satıcılar deyir ki, qiymətlər normaldır. Mərkəzi bazarda məktəb ləvazimatı satan sahibkarlardan biri olan Rauf bəy qiymət artımlarının ciddi olmadığını bildirib:

“Keçən ilə nisbətən dəftərlərdə və qələmlərdə cəmi 5-10 qəpik bahalaşma var. Məktəbli çantalarında isə 2-3 manat fərq müşahidə olunur. Fikrimcə, bu artım normaldır, çünki məhsulların maya dəyəri də dəyişib”.

Başqa bir satıcı, Nigar xanım isə keyfiyyət fərqlərinin qiymətlərə birbaşa təsir etdiyini bildirir:

“Ucuz çantalar 25-30 manatdan başlayır, amma keyfiyyətli brend çantalar 80-100 manata qədər qalxır. Hətta 110 manata belə çanta var. Valideynlər, əsasən, orta qiymət aralığını seçirlər. Bununla belə keyfiyyətli məhsula üz tutanlar da kifayət qədərdir”.

Dəftərlərin qiymətləri isə daha çox vərəq sayına görə dəyişir.

Satıcı Elçin bəy bununla bağlı deyir ki, sadə dəftərlər 20 qəpikdən başlayır, amma vərəqlər artdıqca qiymət də artır:

"Daha keyfiyyətli, qalın kağızlı dəftərlər 1 manatdan 1 manat 24 qəpiyə qədər yüksəlir. Keyfiyyəti daha aşağı olan dəftərlər isə daha ucuzdur. Yəni hər büdcəyə uyğun məhsullar bazarda yerini alır”.

Bəs valideynlər bu barədə nə deyir?

Valideynlər isə qiymət artımlarının ailə büdcəsinə təsir etdiyini vurğulayırlar. Üç uşağı məktəbə gedən Vüsalə xanım deyir ki, orta hesabla 100 manat xərcləyib:

“Amma bu, sadəcə dəftər-qələm, çanta və digər ləvazimatlara aiddir. Əvvəlki illərdən bilirik ki, bu ləvazimatlar ancaq bir neçə ay kifayət edir. Dərs ili boyunca əlavə xərclərimiz də olacaq”.

Digər bir valideyn, Kamran bəy əlavə vəsait tələb edən test dəftərlərinin problem yaratdığını söyləyir:

“Şagirdlərdən əlavə olaraq sinif testlərini də tələb edirlər. Qiymətləri o qədər də baha olmasa da, əlavə xərcdir”.

Nigar xanım isə qiymət artımlarına baxmayaraq, övladlarını keyfiyyətli məhsullarla təmin etməyə çalışdıqlarını deyir:

“Ucuz dəftər alsan, keyfiyyətli olmur, qələmlər də keyfiyyətsiz olanda uşaqlar rahat yaza bilmir. Ona görə məcbur qalıb nisbətən yaxşı məhsul seçirik. Düzdür, bu, büdcəyə əlavə yükdür, amma uşaqların təhsili üçün qənaət etməyə də ürəyin gəlmir".
//trend.azскачать dle 11.3
Mojo.az Banner