Mojo.az Banner
17:48 Qazaxıstanın xarici siyasət konsepsiyasında dəyişiklik: Nazarbayevin ömürlük hüququ ləğv edildi  |     17:32 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edib  |     17:23 Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı  |     17:13 Qanunsuz yollarla ölkəyə gətirilən dərman vasitələri aşkar edilib  |     16:59 Sumqayıtda 17 yaşlı qız itkin düşdü  |     16:49 Böyürtkən yığan qadınlar niyə cərimələnib?— Qanun nə deyir? - ARAŞDIRMA  |     16:35 Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu  |     16:23 Öz səsimizi niyə bəyənmirik? -Elmi səbəbi  |     16:06 Bakıda oğurluq edən şəxs saxlanıldı  |     15:50 İki gün əvvəl meyiti tapılan qadın Kamilə Babayevanın anası imiş  |     15:44 Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?  |     15:24 Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək  |     15:22 Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər  |     15:21 Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır  |     15:14 Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!  |     13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |    
Left Banner
Right Banner

Prezident və xanımı Gəncədə təməlqoyma mərasimində - FOTOLAR (YENİLƏNİB)

20.08.2025 16:45 681
Prezident və xanımı Gəncədə təməlqoyma mərasimində - FOTOLAR (YENİLƏNİB)
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verilib.

Bildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, 3D printer üçün xammal olan filamenin və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə strateji dəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlə təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq.

Qeyd edək ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.

Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edəcək, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq. Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal zəncirini möhkəmləndirəcək.

* * * * *

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.










скачать dle 11.3
Mojo.az Banner