Mojo.az Banner
21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |     20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |     20:40 Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?  |     20:35 Yaşıllıqlara 47 540 manat ziyan dəyib  |     20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramana qəsrinin qədim yaşayış məskənin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar tapılıb

19.08.2025 20:38 981
Ramana qəsrinin qədim yaşayış məskənin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar tapılıb
Ramana qəsrinin qədim yaşayış məskəninin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar aşkarlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ramana qəsrinin yerləşdiyi ərazidə arxeoloji tədqiqatlara başlanılıb.

“Artıq ilkin nəticələr əldə olunub və bu nəticələr ərazinin tarixinin daha dərindən öyrənilməsinə imkan yaradır. Aparılan arxeoloji qazıntılar zamanı Ramana qəsrinin qədim yaşayış məskəninin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar aşkar edilib. Qazıntılar zamanı IX–XIV əsrlərə aid şirli və naxışlı keramika nümunələri, təndirlər, əl dəyirmanı və kanalizasiya arxı kimi maddi-mədəniyyət nümunələri üzə çıxarılıb”.

Vurğulanıb ki, əldə olunan tapıntılar Ramana qəsrinin yerləşdiyi ərazinin mühüm arxeoloji potensiala malik olduğunu göstərir və tədqiqat işlərinin davam etdirilməsini zəruri edir:

“Arxeoloji işlər başa çatdıqdan sonra ərazinin konservasiyası, qəsrin bərpası, həmçinin müasir mədəni xidmət infrastrukturunun qurulması nəzərdə tutulur”.

Dövlət Xidməti, eyni zamanda, sosial mediada qəsrin ətrafındakı qazıntı işlərindən dolayı yaranan baxımsız vəziyyətə də münasibət bildirib.

“Ramana qəsrinin qorunması, bərpası, eləcə də ziyarətçilərə göstərilən mədəni xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılmaqdadır”.скачать dle 11.3
Mojo.az Banner