Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mənimsəmə və leqallaşdırmada təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

19.08.2025 19:31 963
Mənimsəmə və leqallaşdırmada təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
Dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib gələrək əldə olunan pulları mənimsəməkdə və həmin pulları leqallaşdırmaqda təqsirləndirilən 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fəqani Rəhimova 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.

Qeyd edək ki, o, külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

Onun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın sonunda onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. O, həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırmaqda ittiham olunub.
//report

Son xəbərlər