Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Aytən Səfərovaya cinayət işi açıldı

12.08.2025 11:43 1 527
Aytən Səfərovaya cinayət işi açıldı
Xəzər televiziyasının aparıcısı Aytən Səfərova barəsində ölümə səbəb olan yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanıb. Hazırda istintaq prosesi davam edir.

Median.Az
xəbər verir ki, məlumatı gununsesi.info əldə etdiyi rəsmi sənədlərə istinadla yayıb.

Xatırladaq ki, hadisə ötən ilin aprelində Xətai rayonu ərazisində, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. Aprıcının idarə etdiyi "Hyundai Accent”lə "Hyundai İX-35” markalı digər maşın toqquşub. Qəza nəticəsində "İX-35”də olan Ayxan Əliyev adlı gənc dünyasını dəyişib.
Bir ildən çox davam edən istintaq və ekspertiza nəticələrində qəzanın baş verməsində hər iki sürücünün günahı olduğu müəyyənləşdirilib.

Araşdırmalara əsasən, 19 yaşlı "İX-35” sürücüsü İsmayıl Məmmədov dönmə manevrini ikinci hərəkət zolağından edib və bunu qırmızı işıq yanarkən həyata keçirib. Ekspert rəyinə görə, Aytən Səfərova isə icazə verilən sürət həddini keçib. Bu qayda pozuntusu hadisənin qarşısını almaq imkanını texniki olaraq mümkünsüz edib.

Bundan başqa, müəyyən olunub ki, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib — hadisə vaxtı onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olub.

İstintaq yekununda İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələndikdə) ilə ittiham olunub. Zərərçəkmişin ailəsi ondan şikayətçi olmayıb. Məhkəmənin qərarı ilə gənc sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsində 3 il müddətinə azadlıqdan məhrum edilib.

Aytən Səfərova ilə bağlı isə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (sürücülük hüququ olmayan şəxsin yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olması) üzrə ayrıca cinayət işi ayrılıb və istintaq davam edir.

Son xəbərlər