Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspert: "Azərbaycan və Ermənistanın barışması Qazaxıstan üçün yeni perspektivlər açır"

09.08.2025 19:22 846
Ekspert:
"Azərbaycan və Ermənistan arasındakı münaqişənin tam həlli Qazaxıstan üçün yeni imkanlar yarada bilər".

Bu barədə qazaxıstanlı siyasi şərhçi Qaziz Abişev iki ölkə arasında imzalanmış ilkin sülh sazişi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Ekspertin sözlərinə görə, Bakı limanından Ermənistan ərazisindən keçərək Türkiyəyə uzanan quru marşrutu Orta Dəhlizin bir hissəsi kimi, bu dəhliz boyunca yerləşən bütün ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar gətirə bilər.

Abişev xatırladıb ki, Azərbaycan və ABŞ Anlaşma Memorandumu imzalayıb, Ermənistan isə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin ABŞ idarəçiliyinə verilməsi barədə razılığa gəlib. Bu marşrut bundan sonra "Tramp Marşrutu" (TRIPP) adlanacaq.

Ekspert qeyd edib ki, Qırğızıstan və Tacikistan artıq sərhəd məsələlərini həll edib və Çinlə iqtisadi əlaqələrini genişləndirirlər.

"Ermənistan və Azərbaycanı, azı formal olaraq, ABŞ barışdırır. Postsovet məkanı son ayrılma mərhələsini yaşayır. ABŞ-nin Cənubi Qafqaza sürətli irəliləyişi regiondakı qüvvələr balansını və əhval-ruhiyyəni nümayiş etdirir", - deyə Abişev vurğulayıb.

Onun sözlərinə görə, baş verən dəyişikliklər qonşu ölkələrə də təsir göstərə bilər:

"Gürcüstan-Ermənistan-Azərbaycan xətti regionda Qərbin mövqelərinin möhkəmlənməsində mühüm amil ola bilər", - deyə ekspert yekunlaşdırıb.

Son xəbərlər