Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Xarici analitik: Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistana əhəmiyyətli fayda verəcək

13.12.2024 20:41 1 233
Xarici analitik: Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistana əhəmiyyətli fayda verəcək
Sərhədlərin açılması və tranzit marşrutlarından istifadə də daxil olmaqla qarşılıqlı ticarətin inkişafı həm Azərbaycan, həm də Ermənistan üçün əhəmiyyətli fayda gətirəcək.

Bu barədə “Report”a Böyük Britaniyadan olan analitik, jurnalist Onnik Krikoryan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasında Zəngəzur dəhlizinin potensialını şərh edərkən bildirib.

Analitik Ermənistanın baş naziri Nikol Paşinyanın 2001-ci ildə dərc olunmuş məqaləsini xatırladıb. Həmin məqalədə baş nazir, Ermənistan ərazisindən yük tranzitinin iqtisadi potensialını qeyd edib.

"Hələ 2001-ci ildə Paşinyan öz qəzetində yazırdı ki, Naxçıvanla Azərbaycan arasında, həmçinin bu marşrutdan tranzit kimi istifadə etmək istəyən digər ölkələrlə ticarət və tranzit Ermənistana da fayda gətirə bilər", - analitik vurğulayıb.

O.Krikoryanın fikrincə, İrəvan üçün əsas problem dəhliz üzərində nəzarətdir:

"Lakin Paşinyan üçün problem nəzarətdədir, çünki o, Rusiyanın nəzarətini istəmir. ABŞ-nin açıq şəkildə bəyan etdiyi kimi, Qərb də istəmir. Qərb, həmçinin Çinin də nəzarətini istəmirlər. Təəssüf ki, bu, geosiyasi futbola çevrilib və bu, bir müddət davam edə bilər", - o bildirib.

O, həmçinin vurğulayıb ki, Ermənistanda Zəngəzur da daxil olmaqla tranzit dəhlizləri üçün infrastrukturun qurulması iş yerləri yaradacaq və investisiyaları cəlb edəcək ki, bu da özlüyündə mühüm addımdır.

Krikoryan regional dəhlizlərin açılması kontekstində Ermənistan üçün Türkiyə ilə sərhədin açılmasının da əhəmiyyətli olduğunu qeyd edib. Onun fikrincə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi ilə sıx bağlıdır.

"Ankara və Bakı bu proseslərin qarşılıqlı əlaqəsini görür ki, bu da regionda gələcək əməkdaşlıq üçün əsas ola bilər", - deyə ekspert qeyd edib.
скачать dle 11.3
Mojo.az Banner