Mojo.az Banner
18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayden prezidentlikdən sonra necə yaşayır?

31.07.2025 22:25 555
Bayden prezidentlikdən sonra necə yaşayır?
ABŞ-ın keçmiş prezidenti Co Bayden prezidentlikdən sonra sadə həyat tərzi sürür, dəbdəbədən uzaq durur və kommersiya reyslərindən istifadə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri məlumatlı mənbələrə istinadla xəbər verib.

Nəşrin məlumatına görə, hazırda onun ixtiyarında iki nəfərdən çox olmayan köməkçi heyəti və ABŞ Gizli Xidmətinin kiçik bir mühafizə qrupu var.

Məqalədə qeyd olunur ki, o, lüksə və keçmiş dövlət başçıları ilə tez-tez əlaqələndirilən imtiyazlı şəraitə üstünlük vermədən kommersiya reysləri ilə səyahət edir.

Bu ilin may ayında "Əsli günah: prezident Baydenin zəifləməsi, onun gizlədilməsi və yenidən namizəd olmaq barədə fəlakətli qərar" adlı kitab nəşr olunub. Kitabın müəllifləri jurnalistlər Ceyk Təpper və Aleks Tompsondur.

Onlar əvvəlki administrasiyada Ağ evdə çalışan mənbələrə istinad edərək iddia ediblər ki, Bayden 2024-cü ilə qədər fövqəladə vəziyyətlərdə öz vəzifələrini yerinə yetirmək qabiliyyətini itirib və hətta kabinetin qapalı iclaslarında belə qeyd kağızlarından istifadə edib.

İyulun 20-də konqresmen Bayron Donalds açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və sabiq prezidentin həyat yoldaşı Cill Bayden konqresə çağırılmalı və keçmiş dövlət başçısının iddia edilən kognitiv sağlamlıq problemləri ilə bağlı istintaq çərçivəsində ifadə verməlidirlər.скачать dle 11.3
Mojo.az Banner