Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

"Microsoft" açıqladı: Süni intellekt səbəbilə bu 40 peşə yoxa çıxa bilər (SİYAHI)

31.07.2025 21:32 627
"Microsoft Research" tədqiqatçıları süni intellektin (Al) əmək bazarına təsirini araşdıraraq, ən çox və ən az risk altında olan peşələrin siyahısını açıqlayıblar.

Bu araşdırma "Microsoft Copilot" istifadəçiləri ilə aparılmış 200 min anonimləşdirilmiş dialoqun təhlilinə əsaslanıb. Hər peşə üçün "Al tətbiqolunma indeksi” müəyyən edilib.

Nəticədə, insan əməyinin Al ilə əvəzlənə biləcəyi 40 peşə müəyyən olunub:

1. Tərcüməçilər və şərhçilər
2. Tarixçilər
3. Bortbiletlər və turist müşayiətçiləri
4. Xidmət sahəsində satış nümayəndələri
5. Müəlliflər və yazıçılar
6. Müştəri dəstəyi əməkdaşları
7. CNC dəzgah proqramçıları
8. Telefon operatorları
9. Kassirlər, dəmir yolu və aviaşirkət işçiləri
10. Radio aparıcıları və diktorlar
11. Broker köməkçiləri
12. Ev təsərrüfatı və kənd təsərrüfatı kursları müəllimləri
13. Teleşop satıcıları
14. Konsyerjlər
15. Politoloqlar və siyasi analitiklər
16. Xəbər analitikləri, jurnalistlər, reportyorlar
17. Riyaziyyatçılar
18. Texniki yazarlar
19. Redaktor köməkçiləri və mətn yığanlar
20. Müştəri müşayiətçiləri
21. Redaktorlar
22. Ali məktəblərdə biznes fənləri üzrə müəllimlər
23. PR mütəxəssisləri
24. Məhsul təqdimatçıları və promouterlər
25. Reklam agentləri
26. Yeni hesabların açılması üzrə menecerlər
27. Statistika köməkçiləri
28. İcarə və kirayə menecerləri
29. Data scientistlər
30. Şəxsi maliyyə məsləhətçiləri
31. Arxivçilər
32. Ali məktəblərdə iqtisadiyyat müəllimləri
33. Veb-proqramçılar
34. İdarəetmə analitikləri
35. Coğrafiyaçılar
36. Modelləşdiricilər
37. Bazar analitikləri
38. Təcili yardım operatorları
39. Kommutator operatorları
40. Ali məktəblərdə kitabxanaşünaslıq müəllimləri

Eyni zamanda Aı-ın hələlik əvəz edə bilmədiyi peşələr də açıqlanıb. "Təhlükəsiz" zonaya daxil olan peşələr arasında ağır texnika operatorları, ev qulluqçuları, dam örtüyü ustaları, masajçılar, qab yuyucular, tibb bacıları və digər fiziki əməyə əsaslanan aşağı maaşlı işlər var.

Mütəxəssislərin gəldiyi nəticəyə görə, aşağı gəlirli və fiziki əməyə əsaslanan işlər, intellektual əmək tələb edən peşələrlə müqayisədə avtomatlaşdırmaya daha az meyllidir.
//qaynar.az

Son xəbərlər