Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ana və qızının ÖLDÜRÜLMƏSİNİN TƏFƏRRÜATI: 15 yaşlı yeniyetmə saxlanıldı - FOTO (Yenilənib)

25.07.2025 12:07 1 680
Azərbaycanda ana və qızının ÖLDÜRÜLMƏSİNİN TƏFƏRRÜATI: 15 yaşlı yeniyetmə saxlanıldı - FOTO (Yenilənib)
Goranboy rayonunda ana və nənənin öldürülməsinin təfərrüatı məlum olub.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, 15 yaşlı Saleh Abdullayev anası 1978-ci il təvəllüdlü Lalə İsmayılovanı qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, ana ilə oğul arasında bir neçə dəfə mübahisə düşüb. Hadisə baş verən gün gecə saatlarında yenidən tərəflər dalaşıblar. Nəticədə S.Abdullayev anasına boğaz və kürək nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Səsi eşidən nənəsi 1948-ci il təvəllüdlü Tamella İsmayılova nəvəsinə mane olmaq istəyib. Qadın daha sonra qonşuları köməyə çağırmağa çalışsa da, nəvəsi ona da bıçaqla xəsarət yetirib. Nəticədə hər iki şəxs elə hadisə yerində ölüb. Keçirilən əməliyyatla S.Abdullayev saxlanılıb.

Məlumat üçün bildirək ki, Lalə İsmayılova həyat yoldaşından ayrılıb və anası ilə yaşayırmış. Onun qətlində şübhəli bilinən S.Abdullayevlə yanaşı, daha bir oğul övladı var. Qadın uzun müddət idi Goranboy Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində sahə rəisi kimi çalışırdı.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.


* * * * * *

Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.


Bu barədə Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilir ki, iyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüdlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

* * * * *

Goranboy şəhər sakini anasını və nənəsini qətlə yetirməkdə şübhəli bilinir.

Median.Az
"Report"a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Lalə Saleh qızı İsmayılova və onun anası, 1948-ci il təvəllüdlü Tamella Dilənçi qızı İsmayılova bıçaqlanaraq öldürülüblər.

Onların meyitləri tibbi ekspertizaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər