Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib

24.07.2025 12:04 567
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.

Bu barədə vəkil Muxtar Mustafayev məlumat yayıb.

O bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir:

"Üç aya yaxındır ki, həmkarım Elçin Usubla ərəb mənşəli Azərbaycan vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul idi.

Abu Nahleh Xaled Frankfurt hava limanından keçməklə səfər edən zaman Küveytin elan etdiyi beynəlxalq axtarışa əsasən saxlanılmışdı və onun həmin dövlətə ekstradisiya edilməsi məsələsinə baxılırdı.

Abu Nahleh Xaled Azərbaycan və İordaniya Krallığının vətəndaşıdır. Ona qarşı Küveyt dövlətində irəli sürülmüş əsassız ittihamları sübuta yetirilməyən hesab etmiş həmin dövlətin birinci və apellyasiya instansiya məhkəmələri ona bəraət versə də, Ali məhkəmə Abu Nahleh Xaledin məhkum edilməsinə dair qərar qəbul etmişdi. Bu qərarlar Abu Nahleh Xaledin iştirakı təmin edilmədən qəbul edilmişdi.

Eyni zamanda, ərazi yurisdiksiyası kobud surətdə pozulmuşdu. Alman qanunvericiliyinə gözəl bələd olan kolleqam Elçin Usub tərəfindən Almaniya Federativ Respublikasının vəkilləri Dr. Yannic Hübner və Manuel Operhalski müdafiəyə cəlb edildi".

Vəkil bildirib ki, Azərbaycanın Xarici İşlər və Ədliyyə nazirlikləri bu işdə ciddi dəstək olublar:

"Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən vətəndaşımızın konsul müdafiəsi təmin edildi, Ədliyyə Nazirliyi tərəfindən isə hazırkı işlə bağlı sorğularımıza əsasən bütün zəruri cavablar, sənədlər operativ surətdə təqdim edildi.

Abu Nahleh Xaledin həbs edilməsinin əsassızlığı və Küveyt dövlətinə verilməsinin Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının ratifikasiya etdiyi "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə əsasən mümkünsüz olmasına dair tərəfimizdən ətraflı rəy tərtib edilərək, təqdim edildi.

Uzun sürən mübarizəmiz uğurla bitdi, Almaniya Federativ Respublikasının Frankfurkt-Mayn əyalətinin Yuxarı Prokurorluğu tərəfindən Abu Nahleh Xaledin ekstradisiyası üçün əsasların olmadığı səbəbindən onun dərhal azad edilməsi barədə 22 iyul 2025-ci il tarixdə qərar qəbul edilib".

Son xəbərlər