Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dalga Beach" reklama pul ödəmirmiş - 5 min cərimə (FOTO)

23.07.2025 22:40 705
Mərdəkanda yerləşən "Dalga Beach Aquapark Resort" icazəsiz reklam yerləşdirməyə görə cərimələnib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şüvəlan yolunda yerləşən MMC-yə məxsus "Dalga Beach" İstirahət Mərkəzində yoxlama aparıb. Sözügedən mərkəzdə obyektin və ayrıca dayaqlı reklam daşıyıcısının üzərində "Reklam haqqında" qanunun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilib və bu barədə Akt tərtib olunub.

Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilsə də, "Dalga Beach" İstirahət Mərkəzinin rəhbərliyi bu tələbə məhəl qoymayıb. Nəticədə Bakının mərkəzindən 35 kilometr məsafədə yerləşən "Dalga Beach" İstirahət Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə "Dalga Beach Aquapark Resort" rəhbərliyi inzibati xətanı törətməkdə təqsirli bilinib və 5000 manat cərimə edib.

Qeyd edək ki, "Dalga Beach Aquapark Resort" "PMD Group" MMC-nin tabeçiliyi altında fəaliyyət göstərir. Şirkətin İdarə Heyətinin sədri Ruslan Mikailovdur.

Ruslan Mikailov


скачать dle 11.3
Mojo.az Banner