Mojo.az Banner
22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının elit çimərliklərində 2019-cu il qiymətləri (SİYAHI)

15.06.2019 16:20 9 457
Bakının elit çimərliklərində 2019-cu il qiymətləri (SİYAHI)
Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. 
 
Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanırlar. Median.Az Bakının müxtəlif məkanlarında xidmət göstərən aquaparkların qiymətlərini təqdim edir:


“AF Hotel Aqua Park” - 20 manat

Novxanıda fəaliyyət göstərən "AF Hotel Aqua Park" kompleksində həftəsonu bir nəfər üçün giriş 20 manatdır. Burada 3 yaşına qədər uşaqlar üçün giriş pulsuz, 3 yaşından 12 yaşına qədər isə 15 manatdır.


“Bilgah Beach Hotel” – 40 manat

Bilgəh qəsəbəsində fəaliyyət göstərən “Bilgah Beach Hotel” dəki Aquaparkda həftəsonu 1 nəfər üçün giriş 40 manatdır. Dənizə giriş isə 30 manatdır. 3 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur. 3 yaşından 12 yaşına qədər isə 25 manatdır. Əgər uşağın boyu 1,20 sm.-dən hündürsə 40 manat ödəməlidirlər.


"Aqua Park Shikov” bir nəfər üçün 15 manat 

 "Aqua Park Shikov”dakı istirahət mərkəzinə həftəsonu bir nəfər üçün giriş 15 manatdır. 3 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur. 3 yaşından 12 yaşına qədər isə 10 manatdır.



"Pullman Aqua Park"ın hələ açılışı olmayıb. Buradan yalnız oteldə qalanlar istifadə edə bilər. “Pullman Baku Hotel”də sadə otaqlarda bir gecəlik qiymət isə 227 manatdır. Bu qiymətə yalnız otaq daxildir.


"Dalga Beach Aquapark Resort" - 50 manat

"Dalga Beach Aquapark Resort" istirahət mərkəzinə həftəsonu bir nəfər üçün giriş 50 manatdır. 6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. 6 yaşından 12 yaşına qədər isə vətəndaşlara giriş 15 manatdır.

"Dalga Beach Aquapark Resort”dəki kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Lakin xarici vətəndaşın oturma icazəsi varsa, bu məbləğ 50 manata endirilir.


"Amburan Beach" - 35 manat 

"Amburan Beach" kompleksinə həftəsonu giriş 35 manatdır. Həftə içi isə 30 manatdır. Uşaqlara gəlincə, boyu 1,50 sm.-dən hündür uşaqlara giriş böyüklər kimi hesablanır.


"Sea Breeze Hotel" 20 manat

"Sea Breeze Hotel" - Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

Xoş İstirahətlər!




/Baku.ws/
скачать dle 11.3
Mojo.az Banner