Mojo.az Banner
Left Banner
Right Banner

Rusiya DİN: “Baza” Telegram-kanalına məlumat ötürən polislər saxlanılıb

22.07.2025 21:32 930
Rusiya DİN: “Baza” Telegram-kanalına məlumat ötürən polislər saxlanılıb
Rusiyada xidməti məlumatları üçüncü şəxslərə ötürən polis əməkdaşları saxlanılıb.

Bu barədə DİN-in rəsmi nümayəndəsi İrina Volk sosial şəbəkələrdə məlumat verib.

"Rusiya DİN-in əməliyyatçıları daxili işlər orqanlarının ərazi bölmələrinin bir neçə əməkdaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Saxlanılanlar xidməti vəzifələrinin icrası çərçivəsində onlara məlum olan məlumatları üçüncü şəxslərə ötürüblər", - o qeyd edib.

Hüquq-mühafizə orqanlarında bildirilib ki, söhbət məlumatların “Baza” Telegram-kanalının əməkdaşlarına ötürülməsindən gedir.скачать dle 11.3
Mojo.az Banner