Mojo.az Banner
15:42 Sürücülərə şad xəbər: Cərimələr geri qaytarılır  |     15:37 "Moskva" univermağında yarım milyonluq qızılı ələ keçirən əcnəbi qadına cəza istənildi  |     15:33 Azərbaycan Londonda imzalanmış beynəlxalq konvensiyaya qoşulur  |     15:29 Son günlərin hava şəraiti iyul üçün xarakterikdirmi?  |     15:27 "İdrak" liseyində müəllimə atəş açılan SİLAHIN SAHİBİ BARƏDƏ QƏRAR VERİLDİ  |     15:26 Vozinyaya yeni klubunda ləqəb qadağası  |     14:38 Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM  |     13:22 İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb  |     13:15 Paraqvay Azərbaycana fəxri konsul təyin edib  |     13:13 Meksikada güclü zəlzələ oldu  |     13:04 Dənizdə günvurma və boğulma riskini artıran səhvlər – Həkimdən vacib tövsiyələr  |     12:49 Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı  |     12:35 Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib  |     12:26 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər  |     12:16 Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi  |     12:03 Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ  |     11:58 Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?  |     11:38 Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     11:33 Azərbaycan klubu Senini transfer etdi  |     11:26 Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu  |    
Left Banner
Right Banner

İlham Əliyev Donald Trampa təşəkkür etdi - FOTO

22.07.2025 13:10 717
İlham Əliyev Donald Trampa təşəkkür etdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa III Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərini sosial media platformasında paylaşdığına görə minnətdarlığını bildirib.

Dövlət başçısı bu barədə "X" hesabında paylaşım edib:

"Prezident Donald Trampa Şuşa Qlobal Media Forumunda açıqladığım ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı fikirlərimi sosial media platformasında paylaşdığına görə minnətdarlığımı bildirmək istəyirəm.

Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik.

Biz ona bu məqsədə doğru bütün səylərində uğurlar arzulayırıq".


скачать dle 11.3
Mojo.az Banner