Mojo.az Banner
19:30 600-dən yüksək bal toplayan bacılar eyni universiteti seçdilər  |     19:25 Lavrov onu "fürer" adlandırdı  |     19:16 "Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova  |     19:11 Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı  |     19:04 Bakıda bəzi marşrutların qiyməti artacaq  |     18:58 Şuşada turistlər qaya daşlarının üzərini yazıblar  |     18:43 "Zirə" kot-d'ivuarlı vinger transfer etdi - FOTO  |     18:35 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ  |     18:33 Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - VİDEO  |     18:32 Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA  |     18:17 Qusarda təcili yardım avtomobili qəzaya uğradı  |     18:03 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək  |     17:45 İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib  |     17:25 Boş plan yerlərinə qəbul olanlara vacib XƏBƏR  |     17:02 Qaçırdığı qızla günlərlə maşında gecələdilər: Həbs edilən var  |     16:51 Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək  |     16:32 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ  |     16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |    
Left Banner
Right Banner

Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

21.07.2025 21:09 1 158
Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik
Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və konsensus yolu ilə bu məsələ həll edilə bilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək.

"Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin",- Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, bununla da region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən məkana çevrilmə imkanı qazanar:

"İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, dəhlizin tez zamanda istifadəyə verilməsinə çalışır. Onun həm Azərbaycan, həm də region üçün istifadə edilməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik".скачать dle 11.3
Mojo.az Banner