Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

30.09.2021 17:04 1 635
Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçi görüşündən sonra jurnalistlərə açıqlama verib.

Türkiyə lideri bildirib ki, Putinlə Qarabağdakı hadisələri dəyərləndirib:

“Suriya, Qarabağ, Liviya və Əfqanıstanda baş verənləri ətraflı qiymətləndirmək imkanımız oldu. Eyni şəkildə Azərbaycan məsələsini də qiymətləndirdik. Atıla biləcək birgə addımlar haqqında səmimi və səmərəli fikir mübadiləsi apardıq”.

Ərdoğan Zəngəzur dəhlizi mövzusuna da toxunub:

“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq. Burada həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadi imkanlar gətirəcək. Azərbaycan bu dəhliz üçün geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir”.

Jurnalistin “Sizin bölgə ölkələri üçün önə sürdüyünüz “6-lıq platforması” mövzusunun gündəmə gəlib-gəlmədiyi barədə suala Ərdoğan “Ona Putin onsuz da hər an hazırdır” deyə cavab verib.

Mənbə: “TRT Haber”скачать dle 11.3
Mojo.az Banner