Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə tanınmış rusiyalı şahmatçını 9 il azadlıqdan məhrum etdi

18.07.2025 23:05 615
Məhkəmə tanınmış rusiyalı şahmatçını 9 il azadlıqdan məhrum etdi
Çernovtsinin Şevçenko Rayon Məhkəməsi keçmiş ukraynalı və tanınmış şahmatçı Sergey Karyakini qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

SBU-nun məlumatına görə, Karyakin 2014-cü ildən etibarən Rusiyanın silahlı təcavüzünü dəstəkləyib, Rusiya ordusunu maliyyələşdirib və Ukraynanın işğalına yardım çağırışları edib.

"Tanınmış media siması kimi o, öz teleqram kanalını yaradaraq Rusiya ordusunun ehtiyacları üçün vəsait toplayıb. Toplanan pullar hesabına işğalçılar üçün dronlar, termal kameralar, xüsusi texnika, silah, geyim və digər hərbi ləvazimatlar alıb. Onun Rusiya hərbi birləşmələrinə təqdim etdiyi ümumi maddi yardımın məbləği 100 milyon rublu keçib ki, bu da 42 milyon qrivnadan çoxdur”, – deyə SBU-nun məlumatında bildirilir.

İstintaq materialları əsasında Karyakin Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin 4-cü hissəsi (Ukrayna ərazisinin və ya dövlət sərhədinin zorakı dəyişdirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlərin maliyyələşdirilməsi) ilə təqsirli bilinərək, qiyabi şəkildə 9 il müddətinə azadlıqdan məhrum olunub və əmlakı müsadirə edilib.

Qeyd edək ki, bundan əvvəl Sergey Karyakinin işğal altındakı Luqanskda şahmat məktəbi açdığı bildirilmişdi.

Son xəbərlər