Mojo.az Banner
13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |     11:37 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA - VİDEO  |     11:32 Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA  |     11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |    
Left Banner
Right Banner

Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır

18.07.2025 22:35 537
Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır
Biləsuvar rayonunda vətəndaşların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və yol hərəkəti qaydalarına əməl edilməsi səviyyəsinin yüksəldilməsi məqsədi ilə genişmiqyaslı təhlükəsizlik tədbirlərinə start verilib.

Bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində rayon ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb. Quraşdırılacaq kameralar həm şəhər mərkəzini, həm də rayonun ətraf ərazilərini əhatə etməklə, ictimai yerlərdə baş verə biləcək hadisələrin vaxtında aşkarlanmasına, operativ müdaxilə imkanlarının artırılmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Eyni zamanda, sürücü intizamının artırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə rayon ərazisində quraşdırılacaq 12 ədəd radar cihazı əsasən yüksək intensivlikli yol sahələrində, qəza riskinin yüksək olduğu ərazilərdə və tez-tez sürət həddinin aşılması halları qeydə alınan istiqamətlərdə yerləşdiriləcək. Avtomatik rejimdə fəaliyyət göstərəcək bu sistem vasitəsilə qayda pozuntularının aşkarlanması daha operativ və şəffaf şəkildə həyata keçiriləcək, sürücülərin məsuliyyət hissi artacaq və nəticə etibarilə yol hərəkəti daha təhlükəsiz olacaqdır.

Görülən bu tədbirlər Biləsuvar rayonunda müasir texnologiyaların tətbiqi ilə ictimai təhlükəsizliyin gücləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Layihənin mərhələli şəkildə icrası nəticəsində gələcəkdə rayon ərazisində baş verəcək cinayət hallarının və yol-nəqliyyat hadisələrinin azalmasına da təsir edəcəkdir.скачать dle 11.3
Mojo.az Banner