Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Sənədsiz evlərlə bağlı DƏYİŞİKLİK - Video

18.07.2025 12:14 1 173
Sənədsiz evlərlə bağlı DƏYİŞİKLİK - Video
Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində yeni addım atılıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlarda dəyişiklik edib. Sənədə əsasən, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblərdə dəyişikliklər aparılıb.

Yeni tələblərə əsasən, bu əmlakların sənədləşdirilməsi zamanı şəhər və rayon xalq deputatları sovetinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək. Eyni zamanda, qeydiyyat zamanı sovxoz və ya dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, həyətyanı torpaq sahəsi ilə bağlı qaytanlanmış torpaq kitablarından çıxarışlar da nəzərə alınacaq.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərmanda edilən dəyişikliklər yaxın zamanda bu kateqoriyaya aid torpaq sahələrinin özəlləşdirilməsinə şərait yarada bilər:

"Bu, ölkədə sənədsiz fərdi yaşayış evləri və torpaq sahələrinin əhəmiyyətli hissəsini əhatə edir".

Qeyd edək ki, dəyişikliklərdən biri də mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarların tələb olunmamasıdır.

Digər bir dəyişiklik isə torpaq sahəsinin ölçüsünün göstərildiyi halda, fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihəsidir. Layihə olmadığı və ya torpağın ölçüsünün göstərilmədiyi hallarda isə yaşayış evi və onun altındakı torpaq sahəsi əsas götürüləcək.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər