Məşhur "Faladdin" tətbiqinin sahibi həbs edildi
Median.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, Taşdelen barəsində sahibi olduğu "Faladdin" və "Binnaz" vasitəsilə internet saytlarında falçılıq edərək cinayət yolu ilə gəlir əldə etdiyi və gəlirləri xaricə köçürdüyü iddiası ilə istintaq başlanılıb.
İstintaq çərçivəsində onun falçılıq, astrologiya, mediumluq, ulduz xəritəsi kimi xidmətlərə görə ödəniş aldığı və bu yolla əldə etdiyi gəlirləri xaricə köçürdüyü müəyyən edilib.
