Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanın enerji sistemi yenidən qurulur

17.07.2025 12:41 873
Naxçıvanın enerji sistemi yenidən qurulur
Naxçıvan Muxtar Respublikasında ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətlərinin "AzərEnerji" ASC tərəfindən sökülərək yenidən qurulmasına başlanılıb.

Bu barədə "AzərEnerji" ASC məlumat yayıb.

Bildirilir ki, ilkin mərhələdə 110 kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.

Qeyd edək ki, Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlığı və etibarlığı artırılacaq.

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli "Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 235 nömrəli Fərmanının icrasına uyğun olaraq, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası enerji sisteminin elektrik enerjisi generasiya və ötürücü infrastrukturlarının idarəedilməsi üçün cəmiyyətin tərkibində "Naxçıvan Enerji" MMC təsis edilib, həmçinin "Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası" hazırlanıb.

Strategiyada "2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri" və "Strateji Baxış İstiqamətləri" müəyyən olunub.

Bu işlər çərçivəsində 110 kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" ötürmə xətlərinin yenidən çəkilməsi ilə yanaşı 154/110/10 kV-luq "Babək", 110/35/10 kV-luq "Çeşməbasar" və 110/35/10 kV-luq "Naxçıvan" yarımstansiyaları müasir tələblərə uyğun olaraq tam şəkildə yenidən qurulacaq. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də yardımçı texniki infrastrukturlar da yaradılacaq.

Son xəbərlər