Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuş marşrutu niyə dəyişilib?

12.07.2025 17:37 858
AZAL təyyarələrinin Ermənistan üzərindən uçuş marşrutu niyə dəyişilib?
Adətən, Bakıdan Naxçıvana və əks istiqamətdə olan mülki aviareyslər Ermənistanın Vayotsdzor və Başkənd vilayətləri üzərindən həyata keçirilir. Lakin son zamanlar bəzi reyslərin Ermənistanın Sünik vilayəti üzərindən keçdiyi müşahidə olunub. Ermənistan Mülki Aviasiya Komitəsi (MAK) "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus bəzi təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarının dəyişdirilməsi səbəblərini izah edib.

Median.Az
-ın verdiyi məlumata görə, qurum bu barədə "Sputnik Ermənistan"ın sorğusunu cavablandırıb.

MAK-ın cavabında qeyd olunub ki, mülki təyyarələrin uçuşları beynəlxalq meyarlar və prosedurlar çərçivəsində tənzimlənir:

"Təyyarələrin yönləndirilməsi - hava şəraiti, pilotların müraciətləri, təyyarələr arasında minimal məsafənin qorunması kimi amillərlə, eləcə də hava məkanında müvəqqəti məhdudiyyətlərlə bağlı qəbul edilən adi və beynəlxalq səviyyədə tanınmış təcrübədir. Bu amillər səbəbindən bəzi hallarda təyyarələr planlaşdırılmış marşrutdan kənara çıxa bilər".

Komitə vurğulayıb ki, Azərbaycan mülki təyyarələri bu praktikanın istisnası deyil və onların marşrutdan yayınmasının səbəbləri də yuxarıda qeyd olunan hallar ola bilər.

Bildirilib ki, belə hallarda hərəkətə Ermənistanın hava hərəkətinə nəzarət orqanları və hava hücumundan müdafiə qüvvələri ilə razılaşdırılmış şəkildə, mövcud təhlükəsizlik və nəzarət prosedurlarına uyğun olaraq qərar verilir.

Komitənin məlumatına görə, İranın hava məkanında dövri məhdudiyyətlər səbəbilə tranzit uçuşların coğrafiyası dəyişib və bu da Ermənistan ərazisindən keçən reyslərin sayının artmasına səbəb olub.

Sonda MAK qeyd edib ki, bütün bu qərarlar sırf texniki, peşəkar və təhlükəsizlik baxımından qəbul olunur və siyasi motivlər daşımır.

Son xəbərlər