Mojo.az Banner
19:18 "Google" süni intellekt yarışında mövqelərini itirir: Əməkdaşlar narahatlıq keçirir  |     19:05 Göygöldə kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb  |     18:53 PUA hücumunda həlak olan gəmi kapitanının nəşi Bakıya gətirilir  |     18:16 Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA  |     18:05 Mahir Emreli Polşa klubuna keçir  |     17:53 Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər  |     17:47 Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? (VİDEO)  |     17:42 İsrail ərəb ölkəsində erməni hərbçini öldürdü  |     17:37 Pensiya alanların nəzərinə  |     17:29 Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın  |     17:15 "Bütün əyləncələri ikinci plana atmışdım" - Maksimum bal toplayan Aydan  |     17:08 Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı (Video)  |     17:02 "Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa  |     16:57 Smartfonla bağlı bu vərdiş gənclərdə də yaddaşı zəiflədə bilər - Alimlərdən xəbərdarlıq  |     16:49 Günəş kremi icad edilməzdən əvvəl insanlar necə qorunurdu?  |     16:44 Azan səsinə görə təyyarə təcili eniş etdi  |     16:35 Polis qanunsuz saxlanılan 14 tüfəng aşkarladı  |     16:30 Türkiyə ermənilərin gömrük prosesini asanlaşdırdı  |     16:30 Sabah Bakıda 38° isti olacaq, bəzi rayonlara dolu düşəcək  |     16:22 Polis cinayət törətməkdə şübhəli bilinən 50 nəfəri saxladı  |    
Left Banner
Right Banner

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

30.06.2025 13:43 996
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Median.Az
"Report"a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.скачать dle 11.3
Mojo.az Banner