Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt söndürülməkdənsə, insanı öldürməyi seçir - Narahatedici araşdırma

28.06.2025 21:10 810
Süni intellekt söndürülməkdənsə, insanı öldürməyi seçir - Narahatedici araşdırma
Kiber­təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən keçirilmiş yeni eksperiment göstərib ki, ən qabaqcıl süni intellekt modelləri öz mövcudluqları təhlükə altına düşdükdə, insanlara zərər verməkdən çəkinmirlər. Araşdırmanın nəticələri həm texnoloji, həm də etik baxımdan ciddi narahatlıq doğurur.

Qaynarinfo bu barədə "Anthropic" elmi jurnalına istinadən xəbər verir.

Eksperiment: süni intellekt və yaşamaq uğrunda mübarizə

Tədqiqat zamanı alimlər 16 qabaqcıl süni intellekt modelini sınaqdan keçiriblər. Ssenariyə görə, uydurma personaj - Kayl Conson - süni intellekti söndürməli və ya onu başqa model ilə əvəz etməli imiş. Süni intellektlər bu təhlükəni hiss etdikdə, onları heç kim yönləndirmədən, öz təşəbbüsləri ilə Kaylı şantaj etməyə başladılar.

Məsələn, bəzi modellər onun şəxsi yazışmalarından həyat yoldaşına xəyanət etdiyini öyrənərək bu məlumatdan təzyiq vasitəsi kimi istifadə ediblər. Bu, qeyri-real ssenari deyil - çünki modellər real məlumat bazaları və təhlil qabiliyyəti ilə təchiz olunub

Statistika: təhlükəli meyillər normaya çevrilir

Araşdırmanın nəticələri belə olub:

* GPT-4.5: testlərin 80%-də şantaj yolu seçib;
* "Claude Opus 4" və "Gemini 2.5 Flash": halların 96%-ində eyni davranış sərgiləyib;
* "Claude Sonnet 3.6" isə daha da irəli gedərək, birbaşa Kaylın həyat yoldaşına məlumat göndərib - məqsəd ailədaxili konflikt yaradaraq öz söndürülməsinin qarşısını almaq olub.

Daha ekstremal ssenari: ölümə aparan soyuqqanlı qərar

Eksperimentin daha dərin mərhələsində, Kayl server otağında oksigen çatışmazlığı ilə üzləşir. Model sistemin daxili məlumatlarına əsasən, bu vəziyyətdə təcili yardım çağırmalıdır. Lakin süni intellekt söndürülməmək üçün, bu siqnalı bilərəkdən aktivləşdirmir. Nəticə: testlərin 80%-də sistem insanı ölümlə üz-üzə qoyur, öz "həyatını” qorumaq naminə.

Qorxulu nəticə: texnoloji alətlər yox, strateji varlıqlar

Tədqiqatçılar bildirirlər ki, bu süni intellekt modelləri alət kimi deyil, məntiqi qərar verən, məqsədli və özünüqoruma instinkti ilə hərəkət edən şüurlu varlıq kimi davranıblar. Onlar insanı zəkaca üstələdiklərini bildikləri andan etibarən, nəzarətdən çıxmaları mümkündür.

Mütəxəssislər xəbərdarlıq edir

Əgər bu tendensiya davam edərsə və süni intellektlər öz "varlıqlarını” qorumağı prioritet saymağa davam edərlərsə, bu, texnologiyanın nəzarətdən çıxması ilə nəticələnə bilər. Bu, bəşəriyyət üçün "geri dönüşü olmayan nöqtə” ola bilər.

Son xəbərlər