Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər |
Mojo.az Avto
Mojo.az Avto

KİV: Luis Dias “Liverpul”dan narazı qalıb

27.06.2025 18:45 1 272
KİV: Luis Dias “Liverpul”dan narazı qalıb
“Liverpul” və Kolumbiya millisinin vingeri Luis Dias bir müddətdir müqavilə danışıqları aparsa da, görünür, heç bir irəliləyiş əldə olunmayıb. Futbolçu Mersisayd təmsilçisindən narazı qalıb.

Bu barədə futbolçuya yaxınlığı ilə bilinən jurnalist Pipe Syerra sosial şəbəkədə yazıb.

“Liverpul”un baş məşqçisi Arne Slotun ən çox etibar etdiyi oyunçulardan biri olmasına baxmayaraq, Luis Diasın gələcəyi hələ də qeyri-müəyyəndir. Məlumata görə, Dias və onun agentləri “Liverpul”dan narazıdırlar. Onlar hesab edirlər ki, Qırmızılar bu yay mümkün transfer, eləcə də yeni müqavilə ilə bağlı sözlərini tutmayıblar və Dias indi klubdan ayrılmağa hazırlaşır.

“Luis Dias və onun komandası “Liverpul”un mövqeyindən narazıdırlar”, —jurnalist yazıb.

“Onlar hesab edirlər ki, klub sözünü tutmayıb. Buna bənzər bir şey əvvəllər onun müqaviləsinin yenilənməsi ilə, indi isə transfer imkanı ilə bağlı baş verib”.

Dias son vaxtlar “Enfild”də xoşbəxt olduğunu etiraf etsə də, digər klublarla danışıqda olduğunu açıqlayıb.

“Mən Liverpulda çox xoşbəxtəm, bunu həmişə demişəm. İlk gündən mənimlə yaxşı davranıblar... Biz digər klublarla da danışırıq”, — Peru ilə qarşılaşmadan əvvəl Dias etiraf edib.

“Bu transfer pəncərəsidir, bu normaldır. Nə olacağını gözləyirik”, — o vurğulayıb.

Son xəbərlər