Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda gözəllik salonları şəbəkəsinin rəhbəri keçmiş həyat yoldaşından azyaşlı övladını alır

21.06.2025 13:22 498
Azərbaycanda gözəllik salonları şəbəkəsinin rəhbəri keçmiş həyat yoldaşından azyaşlı övladını alır
"Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlərinin, restoranların sahibi Rüfət Badirov beşyaşlı oğlunu keçmiş həyat yoldaşından almağa çalışır.

Median.Az
Manşet.az-a istinadən xəbər verir ki, tərəflər boşanmaq üçün məhkəməyə müraciət ediblər. Artıq boşanma prosesi yekunlaşıb. Lakin digər məhkəmə müstəvisində bir sıra müəmmalı məqamlar narazılığa səbəb olub.

Belə ki, heç bir əsas göstərilmədən və hüquqi əsaslandırma aparılmadan, Fidan Həsənovanın Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunaraq, 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində ananı aldadaraq azyaşlı övladını atasına vermə barədə razılaşma imzalanıb.

Bu nüansları əsas götürən məhkəmə də uşağın atanın yanında saxlanması barədə qərar qəbul edib. Birinci instansiya prosesi Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə, apellyasiya mərhələsi isə hakim Məmməd Məmmədovun rəhbərliyi ilə keçirilib. Hər iki instansiyada uşaq atasında qalıb.

Ana Fidan Həsənova məhkəmə proseslərinin qərarlarından narazı qalıb və Ali Məhkəməyə müraciət edib. İşin maraqlı tərəfi bundan ibarətdir ki, uşaq ataya verilsə də, sazişdə hər ay anaya 10 min manat aliment ödənilməsi nəzərdə tutulur. Belə məqamda sual yaranır. Əgər uşaq atadadırsa, aliment nəyə və hansı əsasla anaya ödənilir? Buradan belə nəticəyə gəlmək olur ki, adıçəkilən barışıq sazişi Fidan Həsənovanın aldadılması ilə bağlı tərtib olunmuş bir sənəd olub. Bu kimi ziddiyyətli məqamlar məhkəmələr tərəfindən nəzərə alınmadan "Face Holding"in rəhbəri Rüfət Badirovun xeyrinə çıxarılıb.

Hazırda iş Ali Məhkəmədədir. Ali Məhkəmənin qərarı maraqla gözlənir.

Qeyd edək ki, Fidan Həsənova tanınmış rəssamlardan biridir. Onun Azərbaycanda və ölkədən kənarda bir çox rəsm sərgiləri keçirilib.

Son xəbərlər