Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Simsiz enerji ötürülməsində yeni rekord: 8,6 kilometrə 800 vatt enerji!

19.06.2025 22:39 654
Simsiz enerji ötürülməsində yeni rekord: 8,6 kilometrə 800 vatt enerji!
ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən DARPA agentliyi simsiz enerji ötürülməsi sahəsində mühüm bir irəliləyiş əldə edib.

Qaynarinfo xəbər verir ki, agentlik lazer əsaslı sistem vasitəsilə 8,6 kilometr məsafədə yerləşən alıcıya 800 vattdan çox enerji ötürməyi bacarıb. Bu göstərici bu sahədə indiyədək qeydə alınmış ən uzaq məsafəli enerji ötürməsi sayılır.

Sınaq "Qalıcı optik simsiz enerji relesi" (POWER) proqramı çərçivəsində həyata keçirilib. Bu proqramın məqsədi, xüsusilə əlçatan olmayan ərazilərə enerjinin sürətli və təhlükəsiz şəkildə simsiz çatdırılmasıdır.

Simsiz enerji ötürülməsi ideyası əslində yeni deyil. XX əsrin əvvəllərində Nikola Tesla bu texnologiyanın təməlini qoymağa çalışsa da, illər ərzində bu ideya yalnız məhdud testlər səviyyəsində qalıb. Hazırda orbitdən Yerə çox kiçik miqdarda enerji göndərmə sınaqları aparılsa da, bunlar adətən millivatt səviyyəsində olub.

Agentlik əsasən müharibə zonaları və ya təbii fəlakətlərin baş verdiyi ərazilər kimi enerji təminatının çətin olduğu yerlərə sürətli və təhlükəsiz enerji ötürmək niyyətindədir. Bu texnologiya ilə generatorlara, yanacağa və uzun kabellərə olan ehtiyac aradan qalxa bilər.

Son sınaq ABŞ-ın Nyu Meksiko ştatında baş tutub. Komanda lazer sistemi vasitəsilə enerjini 30 saniyə ərzində 8,6 kilometr uzaqlıqda yerləşən alıcıya uğurla çatdırıb. Əvvəlki rekord isə cəmi 1,7 kilometr idi. Bu yeni göstərici texnoloji baxımdan ciddi bir sıçrayış hesab olunur.

Lazer şüası atmosferə göndərildikdən sonra yalnız işığın daxil ola bildiyi xüsusi açılışdan keçərək alıcıya çatdırılıb. Alıcının daxilində yerləşdirilmiş parabolik güzgü şüanı günəş panelinə bənzər səthlərə yönəldərək enerjini yenidən elektrikə çevirib. Sınağın sonunda ötürülən enerjinin bir hissəsi simvolik olaraq popkorn hazırlamaq üçün istifadə olunub.

Bu sınağı fərqləndirən cəhətlərdən biri də onun üfüqi istiqamətdə – atmosferin təsirlərinin ən çox hiss olunduğu şərtlərdə aparılmasıdır. DARPA-nın nümayəndəsi Pol Kaff bu istiqamətin yuxarı və ya aşağıya ötürmədən daha çətin olduğunu bildirib və testin mürəkkəb hava şərtlərində aparıldığını vurğulayıb.

Sistemin səmərəlilik göstəricisi təxminən 20 faiz olub. Bu göstərici hələ ki praktik istifadəyə tam uyğun olmasa da, gələcəkdə daha iri miqyaslı layihələr üçün möhkəm əsas sayılır.

DARPA-nın uzunmüddətli planları arasında bu texnologiyanı pilotsuz uçuş aparatlarına simsiz enerji ötürmək məqsədilə istifadə etmək də var. Beləliklə, dronların havada qalma müddəti uzadılaraq onların əməliyyat imkanları artırıla bilər.

Hələ ilkin mərhələdə olan bu sahədə DARPA-nın son sınağı, simsiz enerji ötürülməsi texnologiyasının nəzəriyyədən real həyata keçdiyinə dair əlamətdar nümunələrdən biri kimi tarixə düşüb.

Son xəbərlər