Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Durov Makronun mesajına cavab vermədi

19.06.2025 12:33 1 278
Durov Makronun mesajına cavab vermədi
Fransa xüsusi xidmətinin Rumıniyada keçirilən seçkiyə mümkün müdaxiləsi ilə bağlı səs-küylü qalmaqaldan sonra "Telegram"ın həmtəsisçisi Pavel Durov Fransa Prezidenti Emmanuel Makronun şəxsi mesajına məhəl qoymadığını açıq şəkildə etiraf edib.

Bu barədə o, Fransanın "Le Point" jurnalına müsahibəsində danışıb. Rusiyalı sahibkar Fransa rəhbəri ilə münasibətlərinin təfərrüatını açıqlayıb və qeyd edib ki, Makron əvvəllər mütəmadi olaraq "Telegram"da ona müxtəlif mövzularda mesajlar göndərib.

"O, mənə mesaj göndərdi. Mən ona cavab vermədim", - deyə Durov Fransa prezidenti ilə son təmasını lakonik şəkildə şərh edib.

Onun sözlərinə görə, Makrondan mesaj məhz Durovun Fransa hakimiyyətinin Rumıniyadakı seçkiyə təsir etmək cəhdi ilə bağlı açıq şəkildə bəyanatla çıxış etdiyi gün gəlib. May ayında Durov Fransa kəşfiyyatının rəhbəri Nikolya Lernerin "Telegram"da rumın mühafizəkarlarının kanallarının və nəşrlərinin bloklanmasını tələb etdiyini açıqlamışdı.

Pavel Durov, həmçinin vurğulayıb ki, belə bir təklif olacağı təqdirdə Fransa prezidenti ilə şəxsi görüşdən imtina edərdi.

Xatırladaq ki, may ayında Pavel Durov şəxsən Rumıniyaya getməyə və Fransanın bu ölkədə keçirilən prezident seçkisinə mümkün müdaxiləsi ilə bağlı ifadə verməyə hazır olduğunu bildirmişdi. Bu addım Fransa hökumətinə və şəxsən Makrona birbaşa çağırış kimi qəbul edilmişdi.

Vəziyyət xüsusilə ona görə diqqət çəkir ki, 2021-ci ildə Fransa vətəndaşlığını almış Durov vətəndaşı olduğu ölkənin hakimiyyətinin hərəkətlərinə açıq şəkildə qarşı çıxır.

Son xəbərlər