Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada qubernator Paşinyanın uydurma kəndlə bağlı sözlərinə cavab verdi

19.06.2025 11:33 1 191
Rusiyada qubernator Paşinyanın uydurma kəndlə bağlı sözlərinə cavab verdi
"Kaluqa vilayətində sənaye istehsalının həcmi bütün Ermənistandakı eyni göstəricini təxminən iki dəfə üstələyir".

Median.Az
-ın RT telekanalına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa Ermənistanın baş naziri Nikol Paşinyanın Kaluqada uydurma "kənd" ilə bağlı sözlərini şərh edərkən söyləyib.

O qeyd edib ki, rəhbərlik etdiyi regionda çoxlu kənd var: "Onlardan birində, məsələn, Dobrino kəndində xüsusi iqtisadi zonanın məkanlarından biri yerləşir".

Qeyd edək ki, Paşinyan "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyana müraciət edərək "bura sizin üçün Kaluqanın Aşağı Tapr kəndi deyil. Bura Ermənistandır" demişdi.

Sonradan məlum olduğu üzrə, Kaluqada belə bir kənd yoxdur.

Xatırladaq ki, Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar.

Ermənistanın istintaq orqanları Karapetyanı ölkədə hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edib.

Son xəbərlər