Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Zərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?

18.06.2025 22:24 780
Zərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?
Mən zərgərlik məhsullarının satışı ilə məşğul oluram. Keçən ildən Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə bildirilir ki, zərgərlik məmulatlarının 15 min manatdan artıq olan satışı üzrə ödənişlər yalnız nağdsız olmalıdır. Amma heç bir sanksiya nəzərdə tutulmadığından, hərdən dəyəri 15 min manatdan artıq olan ödənişləri nağd qəbul edirəm. Vergi orqanı bu hala görə sonradan məni cərimələyə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2023-cü il fevralın 1-dən qüvvəyə minən "Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.15-ci maddəsinə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alğı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsində edilmiş dəyişikliyə əsasən, "Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.15-ci və 3.4.16-cı maddələrinin tələblərinin pozulmasına görə də məsuliyyət tədbiri müəyyən edilib. Belə ki, bu tələbləri pozmaqla ödənişi nağd qaydada qəbul edən şəxsə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Son xəbərlər