Mojo.az Banner
Left Banner
Right Banner

Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb

18.06.2025 20:32 924
Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

"Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - o bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyini və ölkə rəhbərliyi ilə danışıqlar aparacağını bəyan edib.скачать dle 11.3
Mojo.az Banner