Mojo.az Banner
21:59 Bakıda daha bir ərazidə söküntü – Sakinlərə 2700 manat kompensasiya təklif edilib  |     21:56 Əməkdar elm xadimi Arif Paşayevin doğum günüdür  |     23:00 Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - Video  |     22:20 Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Kəskin bahalaşacaq?  |     21:59 Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir  |     21:42 Bakıda hava pisləşəcək - Bu tarixdən  |     21:30 Gənc boksçu faciəvi şəkildə ÖLDÜ  |     21:18 20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı  |     21:05 Hakimlərin Seçki Komitəsinin məlumatı  |     21:04 "14 fevral milyardlarla dollarlıq dövriyyə yaradır" - İqtisadçı  |     20:57 Çoxmənzilli binalarda idarəetmə problemi  |     20:49 Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi - Video  |     20:44 "Hyundai" mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı  |     20:26 Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU  |     20:18 Bakıda böyük REYD: qayda pozanlar cərimələndi - Video  |     20:05 Gənc boksçu faciəvi şəkildə öldü  |     19:54 Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı  |     19:47 Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı  |     19:39 Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər  |     19:36 Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır  |    
Left Banner
Right Banner

Azərbaycanın hərbi qulluqçuları Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

18.06.2025 20:25 552
Azərbaycanın hərbi qulluqçuları Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən "Platinum Wolf - 2025" çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək.

Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.скачать dle 11.3
Mojo.az Banner